Tanınmış jurnal Audi Q7-ni mükafatlandırdı!
(®) Hər il ənənəvi olaraq Audi AG dünyamiqyaslı və tanınmış avto- jurnallar tərəfindən mükafatlar qazanır. Yerli bazarda “bestseller” hesab olunan Q7 krossoveri də bu il mükafatsız qalmadı.
Amerikanın nüfuzlu jurnalı "Car & Driver"in redaktorları artıq 3-cü dəfə Q7 krossoverini “10 Best Truck & SUV of the Year” mükafatına layiq görüblər. Mükəmməl idarəetmə, cəlbedici eksteryer dizaynı və 3-cü sıra ilə təchiz olunması sayəsində Q7 bu il də mükafatlandırılıb.
Qaliblər necə seçilir?
Seqmentə aid olan kriteriyalar nəzərə alınaraq, testlər keçirilir. Xüsusi test yürüşlər üçün treklərdə avtomobillərin performansı yoxlanılır. Audi Q7 modelini test edən redaktorlar həmçinin bu krossoverdə lüks seqmentin komfortu, mükəmməl idarəetmə dinamikası və ən son texnoloji üstünlüklərin mükəmməl balansını qeyd etmişdilər.
Qeyd edək ki, yerli bazarda böyük maraq ilə qarşılanan Q7 modeli yerli auditoriya tərəfindən sürücülük dinamikasına, güclü mühərrik performansına, güvənli təhlükəsizlik reytinqinə və ailə üçün komfort interyerinə görə yüksək qiymətləndirilir. Avtomobilin geniş baqaj imkanları, 3cü sıra oturacaqları və sərfəli yanacaq sərfiyyatı bu krossoveri uzaq səyahətlər üçün mükəmməl edir. Ölkəmizdə bu avtomobilin qiyməti 53.900 avrodan başlayır və 5 il zəmanət ilə təklif olunur.
Ekspertlərin seçimi və tövsiyələrinə əməl edərək, keyfiyyətli və tələblərinizə uyğun avtomobil seçmək daha asandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























