“Bizim təkliflə borc yükünü azaltmaq olur” - MÜSAHİBƏ
Bank VTB (Azərbaycan)-ın Satışların inzibatçılığı və şəbəkənin inkişafı şöbəsinin müdiri Elmar İbrahimovun kreditlərin yenidən maliyyələşdirilməsi məhsulu barədə müsahibəsi.
-Kreditlərin yenidən maliyyələşdirilməsi məhsulunun digər kredit məhsullarından fərqi nədir?
“Refinans” krediti müəyyən məqsəd – mövcud olan çoxsaylı kreditləri daha sərfəli şərtlərlə bir kreditdə birləşdirmək üçün verilir. Bəzi hallarda bir neçə krediti olan şəxs borc üzrə öhdəliyini yerinə yetirməkdə çətinliklə üzləşir. Bura ödənişlərin müxtəlif vaxtlarda olması, kredit üzrə yüksək aylıq ödənişlər və s. məsələlər daxildir. Məhz, elə bu zaman, bir neçə kreditin yenidən maliyyələşdirilməsi üçün müraciət etmək, bununla da kredit üzrə faiz dərəcəsini və borc yükünü azaltmaq olar.
-Bank VTB (Azərbaycan)-da “Refinans”- yenidən maliyyələşmə krediti hansı şərtlərlə həyata keçirilir?
- Bank VTB (Azərbaycan) müştərilərə kreditlərin yenidən maliyyələşdirilməsi üzrə sərfəli şərtlər təklif edir. Kredit milli valyutada 12 aydan 48 ayadək verilir. Kreditin məbləği 1000-15 000 manat təşkil edir, faiz dərəcəsi illik 18%-dir və kreditin müddətindən asılı olaraq dəyişə bilər.
-Bank VTB (Azərbaycan)-ın təklif etdiyi “Refinans” kreditinin üstünlükləri hansılardır?
Məhsulumuzun əsas üstünlüyü digər banklardakı borcları bağlamaq üçün ayrılan vəsaitlə yanaşı, əlavə nağd vəsaitin də verilməsidir. Belə ki, müştəri həm müxtəlif banklarda mövcud olan kreditlərini bağlayır, həm öz cari maliyyə ehtiyaclarını ödəmək üçün müəyyən məbləğdə vəsait əldə edir. Bu vəsaitin maksimal məbləği yenidən maliyyələşən kreditin ilkin məbləğinin 30%-ə bərabərdir. Burada müştərinin gəliri və onun ödəniş qabiliyyətliyi nəzərə alınır. Bank VTB (Azərbaycan)-ın ”Refinans” kreditinin üstünlüklərinə kredit üzrə komissiya və sığorta üzrə xərclərin olmaması da aiddir. Bundan başqa, bütün kreditləri birləşdirib bir banka keçirtmək müştəri üçün daha rahatdır – ay ərzində müxtəlif kredit təşkilatlarında bir neçə kredit üzrə ödəniş etməyə ehtiyac olmur.
- Kreditin yenidən maliyyələşdirilməsi üçün əsas tələblər nədir?
İlk növbədə, müştərinin ən azı 6 aylıq cari krediti, həmçinin müsbət kredit tarixçəsi olmalıdır. Başqa sözlə, kreditlərin ödənişi üzrə gecikmələr olmamalıdır. Yenidən maliyyələşdirmə yalnız girovsuz nağd kreditlərə aid edilir. Bu məhsul kredit kartları üzrə borclara şamil olunmur.
-Yenidən maliyyələşmə prosesi necə aparılır?
Bu prosesi 2 mərhələyə ayırmaq olar:
Birinci mərhələdə, cari kreditlərin bağlanması üçün nəzərdə tutulan vəsait borcalanın hesabından digər banklarda olan hesablara köçürülür. Bu halda, köçürmə üzrə komissiya bankın tariflərinə əsasən tutulur.
İkinci mərhələdə, müştəri kreditlər üzrə ödənişin olunduğunu təsdiq edən sənədi bankımıza təqdim edir. Bu sənəd qismində kreditin tam ödənişini əks etdirən qəbz və ya hesabdan çıxarış, kredit borcunun olmadığına dair arayış və digər sənədlər çıxış edə bilər. Borcalan bankımız tərəfindən ilkin vəsait ayrılan gündən 30 iş günü ərzində kreditlərin ödənişi haqqında sənədi banka təqdim etməlidir. Bundan sonra cari borclardan əlavə ayrılan vəsait müştəriyə verilir.
-Kreditin məbləği necə hesablanır?
Fərz edək ki, müştərinin müxtəlif banklarda ilkin məbləği 1000 və 1500 manat olan 2 krediti var. O, altı aydan çoxdur ki, hər bir kredit üzrə aylıq ödəniş edir, amma müəyyən bir vəziyyətdə cari kreditlərini yenidən maliyyələşdirməklə borclarını azaltmaq qərarına gəlir. Müştərinin VTB (Azərbaycan)-a müraciəti zamanı bank Kredit bürosundan alınan çıxarış vasitəsilə borcalanın cari borcları üzrə qalığı müəyyən edir.
Fərz edək ki, yenidən maliyyələşmə üçün müraciət zamanı birinci kredit üzrə borc 620 manat, ikinci kredit üzrə- 750 manat təşkil edir.
Kredit bu şəkildə hesablanacaq:
1000 manat (kreditin ilkin məbləği) + 30% (borcdan əlavə vəsait) = 1 300 manat (kreditin maksimal məbləği).
1500 manat (kreditin ilkin məbləği) + 30% (borcdan əlavə vəsait) = 1 950 manat (kreditin maksimal məbləği).
Beləliklə, müştəriyə ayrılan kreditin maksimal məbləği 3250 manat təşkil edir (müştərinin gəlirləri bu borc üzrə öhdəliyə uyğun olduğu halda).
Bu məbləğdən birinci tranşla cari kreditlərin bağlanması üçün 1370 manat (620+750 manat) vəsait ayrılır. Cari kreditlərin ödənildiyini təsdiqləyən sənəd banka təqdim olunduqdan sonra müştəriyə ikinci tranşla 1880 manat (3250-1370 manat) məbləğində yenidən maliyyələşən kredit borcundan əlavə pul vəsaiti verilir.
Beləliklə, müştəri digər banklardakı borclarını bağlayır, aylıq ödənişi azaldır, eləcə də öz cari maliyyə ehtiyaclarını ödəmək üçün əlavə vəsait eldə edir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib























