Azərbaycanda yeni pikap
(®) Mitsubishi-nin Azərbaycandakı rəsmi distribüteri yeni Mitsubishi L200-ün satışlarına start verir.
Ölkəmizdə etibarlılığına və dözümlülüyünə görə həmişə birinci sırada olan, çətin tapşırıqlar və böyük yüklər üçün ilk ağıla gələn pikap indi daha funksional, daha möhkəm və daha gözoxşayandır.
Yeni Mitsubishi L200 komfort və praktiklik baxımından təkmilləşərək sinfindəki mövqeyini daha da möhkəmlədib. Pikapın geniş yük yeri tək istifadə rahatlığı ilə yox, həm də dizaynı ilə özünü göstərir. Lakin siz böyük yükləri daşıyarkən salon komfortundan güzəştə getməli olmursunuz. İnteryerin dinamik formaları və LCD multi-informativ displey ilə relyefli mərkəzi paneli, yüksək kontrastlı sayğacları keyfiyyətli, yumşaq örtüklə birləşərək lüks abhava yaradır. Sinfində lider kabin uzunluğu və erqonomik oturacaqlar səfərlərinizin rahat keçməsini təmin edir, səs izolyasiyası və vibrasiya boğucu material isə yükünüz və yolunuz necə olur olsun, salondakı dincliyinizi qoruyur. Yeni L200-ün güc təchizatı və intellektual təhlükəsizlik sistemləri bu üstünlükləri tamamlayacaq şəkildə hazırlanıb. Yeni 2.4L turbo-dizel mühərrik, düz yoldan kələ-kötür yollara asanlıqla keçmək imkanı verən 4WD EASY SELECT funksiyası, sinfində lider 5.9 m dönmə radiusu hər şəraitdə idarəetməyə nəzarəti əldən verməməyə kömək edəcək.
Yeni Mitusbishi L200 pikapı barədə ətraflı məlumat əldə etmək üçün Mitsubishi-nin Azərbaycandakı rəsmi distribüteri ilə əlaqə saxlaya bilərsiniz.
Mitsubishi Avtomobil Mərkəzi
Bakı-Sumqayıt şossesi 6-cı km
(012) 349 00 06 / https://www.mitsubishi-motors.az/auto/l200
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
6 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 18 d. əvvəl
- 20 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















