"Azərbaycanda sığorta bazarının inkişafı üçün drayver yoxdur"
Azərbaycanın sığorta bazarı son bir neçə ildə ilk dəfə olaraq bu il azalma nümayiş etdirə bilər. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, “Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev belə hesab edir.
“Təəssüf ki, son vaxtlar bazarın inkişafına kömək edən heç bir əsaslı hadisə müşahidə etmirəm. Bəli, həm tənzimləyici, həm də İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən fəal iş aparılır, lakin təəssüf ki, bazarda ciddi artıma səbəb ola bilən əsas drayver yoxdur. Hamı bu gün malik olduğu mövqeləri qorumağa çalışır ki, bu da azalmaya səbəb olur. İnkişaf etmək üçün irəli getmək lazımdır, bu isə hələ baş vermir”, - deyə A.Əliyev müsahibəsində bildirib.
Onun sözlərinə görə, son 8 ay ərzində sığorta bazarı müxtəlif tendensiyalar nümayiş etdirir – artımın müşahidə olunduğu istiqamətlər mövcuddur, azalma da var.
“Qeyri-həyat sığortası bazarında əsas artım avtomobillərin könüllü sığortası (KASKO), daşınmaz əmlakın icbari sığortası və könüllü tibbi sığorta ilə bağlı olub. Bu kateqoriyada (qeyri-həyat sığortası) bütün digər məhsullar üzrə ya artım olmayıb ya da azalma müşahidə edilib”, - deyə sədr qeyd edib.
O, KASKO üzrə artımı ilk növbədə, bank sektorundakı canlanma və avtomobil kreditlərinin verilməsindəki aktivliklə, daşınmaz əmlakın icbari sığortası üzrə artımı isə ilin sonunda imzalanmalı olan bir sıra iri müqavilələrin daha əvvəl yenilənməsi ilə izah edib.
“Ola bilsin ki, ilin sonuna qədər bu göstərici bərabərləşəcək və sözügedən məhsul üzrə güclü artımın şahidi olmayacağıq. Bu il könüllü tibbi sığorta üzrə də artım olub, yeni bizneslər yaranıb. Lakin 2020-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi könüllü tibbi sığortaya təsiri birmənalı olmaya bilər. Həyat sığortasına gəlincə, ilin əvvəlindən qanunvericilikdə dəyişikliklərlə əlaqədar 50%-dək azalma olub. Son iki ayda “PASHA Life” şirkətinin (“PAŞA Həyat Sığorta”) həyatın yığım sığortası üzrə sığorta haqları artıb. İstehsalatda bədbəxt hadisələrdən icbari sığortanı götürsək, burada da artım var, fikrimcə, bu artım ölkə rəhbərliyinin və bir sıra icra orqanlarının, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi siyasət nəticəsində baş verib. Əmək müqavilələrinin “ağardılması” istiqamətində aparılan ciddi işlər rəsmi əməkhaqlarının göstərilməsinə gətirib çıxarıb. Bu da öz növbəsində, bu sığorta növü üzrə ayırmaların artmasına səbəb olub”, - deyə A.Əliyev bildirib.
İlin sonuna qədər olan gözləntilərinə toxunan assosiasiya sədri uzun illərdən sonra ilk dəfə bazarda azalmanın olacağını istisna etməyib. Onun fikrincə, həyat sığortası üzrə yığım həcmi ötən illə müqayisədə aşağı olacaq. Qeyri-həyat sığortası üzrə yığımların ötən ilə nisbətən dəyişməsi ehtimal olunmur ya da cüzi azalma qeydə alınacaq.
“Bu, mənim baxışımdır, lakin möcüzələr baş verir, buna görə də hər şey başqa cür olsa, təəccüblənmərəm”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 469 mln. 799,3 min manat təşkil edib ki, bu da 2018-ci ilin 8 ayının göstəricisindən 9,1% azdır.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
8 saat əvvəl
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 2,5 dəfə artıb
“Atəşgah Həyat Sığorta”nın mənfəəti artıb
“Xalq Sığorta”nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb
“A-Qrup Sığorta”nın xalis mənfəət 7 dəfə artıb
"Atəşgah Sığorta" 2025-ci ili xalis mənfəətlə başa vurub
Ən çox oxunanlar
"İpək Yolu Sığorta"nın xalis mənfəəti 44 %-ə yaxın azalıb
"Azərbaycan Sənaye Sığorta" mənfəətdən zərərə keçib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub
Ələtdə data mərkəzin yaradılması müzakirə edilib - “Haimaker”in direktoru ilə görüş keçirilib
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
"Qala Həyat Sığorta"nın xalis mənfəəti 21 faiz artıb
"Meqa Sığorta"nın xalis mənfəəti artıb
SOCAR-ın prezidenti “ITOCHU”nun baş əməliyyat direktoru ilə görüşüb






















