Əlavə qazanc mənbəyi - TOPLA, “AZƏRXALÇA”YA VER, PULUNU AL
“Azərxalça” növbəti ildən boyaq bitkilərinin tədarükünə başlayacaq
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2020-ci ildən boyaq bitkilərinin tədarükünə başlayacaq. Bu barədə “Marja”ya “Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, bu proses respublikamızda ilk dəfədir ki, həyata keçirildiyindən maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Məqsəd boyaq bitkiləri, onların toplanma üsulları barədə əhalini maarifləndirməkdir. Ona görə də bu ildən bölgələrdə əhali ilə görüşlər keçiriləcəkdir. İlk belə tədbir Quba rayonunun Təngəaltı kəndində təşkil olunub.
Tədbirdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov çıxış edərək xalçaçılığın inkişafı istiqamətində görülən işlər barədə danışıb.
Qeyd olunub ki, hazırda “Azərxalça”nın respublikamızın bölgələrində 21 filialı fəaliyyət göstərir. Səhmdar Cəmiyyətin filiallarından 3-ü məhz bu bölgədə - Qubada, Xaçmazda və Şabranda yaradılıb. “Azərxalça”nın filiallarının və respublikamızda fəaliyyət göstərən özəl xalça istehsalı emalatxanalarının yun ipliklə təmin edilməsi və idxaldan asılılığın aradan qaldırılması üçün Sumqayıt Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabriki tikilib. Bu fabriki xammalla Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri təmin edəcək. Həmin məntəqələrdə bu ilin may ayından yun tədarükünə başlanılıb. Gələn ildən isə boyaq bitkiləri tədarük olunacaq. Tədarük olunan yun əyrilərək iplik istehsal ediləcək, həmin iplik də toplanan təbii boyaq bitkiləri ilə boyanacaqdır.
Vidadi Muradov Quba rayonu ərazində bitən boyaq bitkiləri haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, təbiətdə boyaq tərkibi olmayan heç bir bitki yoxdur. Bar verməyən ağacların belə, gövdəsi, yarpaqları rənglidir. Azərbaycanda 1500 növə qədər boyaq xüsusiyyətli bitki vardır. Bu boyaq bitkilərinin böyük əksəriyyəti Quba rayonu ərazisində mövcuddur.
Rayonun Cimi kənd sakini Ağacan Kərimov çıxış edərək deyib ki, xalçaçılığın inkişafına yönəldilmiş belə tədbirlər əhalinin rifah halının yaxşılaşdırılmasına da böyük təsir göstərir. O bildirib ki, Quba rayonunun ərazisi boyaq bitkiləri ilə zəngindir. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Qubada boyaqçılıq emalatxanaları fəaliyyət göstərib. Bu boyaq bitkilərinin toplanması heç bir xərc tələb etmir. Sadəcə zəhmət çəkmək lazımdır. Boyaq bitkilərinin tədarük olunması rayon sakinləri üçün əlavə qazanc mənbəyidir.
Sonra bu ərazidəki meşədə yabanı halda bitən zoğal, zirinc, qoz, yemişan, əzgil, itburnu, çaytikanı, alça, armud, alma, palıd, gəndəlaş toplanıb, bu boyaq bitkilərindən hansı rənglərin alındığı barədə ətraflı məlumat verilib. Boyaq bitkilərinin təbiətə zərər vurmadan necə toplanması əyani şəkildə tədbir iştirakçılarına izah edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
38 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 41 d. əvvəl
-
50 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
53 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir

















.jpg)




