Neft Fondu Sentyabrda satdığı valyutanın məbləğini açıqladı
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin sentyabr ayı ərzində 618,95 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə "Marja"ya Fonddan bildirilib.
Müqayisə üçün qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin avqust ayı ərzində 815,4 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, avqust ayı ilə müqayisədə sentyabrda valyuta satışı 196,5 milyon dollar və ya 24% azalıb.
Xatırladaq ki, 2019-cu ilin iyul ayı ərzində Neft Fondu tərəfindən 434,9 milyon ABŞ dolları məbləğində vəsait satılımışdı. İyul ayı ilə müqayisdə avqust ayında Dollar satışı 1,9 dəfə artmışdı.
2019-cu ilin iyun ayı ərzində isə 315,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Fond tərəfindən 2019-cu ilin 9 ayı ərzində 4 milyard 512 milyon 850 min dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 126,75 milyon dollar yaxud 2,7% azdır.
Mərkəzi Bank bildirir ki, hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalır. Bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır. Ətraflı: Avqustda Neft Fondunun valyuta satışının artmasının səbəbi açıqlandı
Dövlət Neft Fondunun 2019-cu ildə valyuta satışı
Aylar | Miqdar, milyon ABŞ doları |
Yanvar | 634,9 milyon |
Fevral | 316,2 milyon |
Mart | 600,5 milyon |
Aprel | 423,7 milyon |
May | 352,4 milyon |
İyun | 315,9 milyon |
İyul | 434,9 milyon |
Avqust | 815,4 milyon |
Sentyabr | 618,95 milyon |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























