"Ehtiyatların idarə olunmasından 200 milyon dollar gəlir əldə edəcəyik"
“Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müdaxiləsi cüzidir”.
Bunu jurnalistlərə açıqlamasında qurumun sədri Elman Rüstəmov deyib.
"Biz yalnız bank sektorunun lilvidliyini təmin etmək üçün bazara müdaxilə edirik və banklara kömək edirik. Məsələn, bankların xarici valyutası var, amma onlara manat lazımdır, bu halda biz onlara dəstək veririk. Həmçinin müəyyən təşkilatlar var ki, Azərbaycana xarici valyutada kredit cəlb edirlər. Bizim də öhdəliyimiz var ki, onlar həmin valyutanı bazarda sata bilməsə, bu məsələdə kömək edək. Hətta bu gün Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin realizə edilməsində çətinliklər var. Bu işlərə dəstək vermək və beynəlxalq öhdəliklərimizi yerinə yetirmək üçün valyuta alırıq", - deyə o, qeyd edib.
E.Rüstəmovun sözlərinə görə, AMB valyuta ehtiyatlarını getdikcə artırır və hazırda bu rəqəm 6 milyard dollardan çoxdur.
“Düşünürəm ki, bu ilin sonuna qədər ehtiyatların idarə olunmasından da 200 milyon dollar gəlir əldə edəcəyik”, - deyə baş bankir qeyd edib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























