“Muğan Bank” investisiya şirkətini yaradır
"Muğan Bank" ASC "Muğan Kapital" ASC şirkətini təsis etməyə qərar verib.
"Marja" Bankın yarımillik hesabatına istinadən xəbər verir ki, "Muğan Bank" ASC səhmdarlarının İyun ayında keçirilmiş iclasının mövzusu "Bankın yeni təsis edilmiş "Muğan Kapital" ASC-nin təsisçisi qismində iştirakı barədə" olub.
Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyası ilə 9 investisiya şirkəti fəaliyyət göstərir. Palata Bankın bu istəyinə müsbət yanaşsa, ölkədəki investisiya şirkətlərinin sayı 10-a çatacaq.
Xəbər verdiyimiz kimi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də törəmə investisiya şirkətinin yaradılması nəzərdə tutulur. 11 oktyabr 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağının gündəliyinə daxil olan məsələlərdən biri də törəmə investisiya şirkətinin yaradılmasıdır.
İnvestisiya şirkəti investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsi olan səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir.
Əsas və yardımçı investisiya xidmətləri “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi haqqında Qaydalar” “Qiymətli kağızlar bazarında marja ticarətinə dair Qaydalar” ilə tənzimlənir. İnvestisiya şirkətləri tərəfindən hesabatlarının tərtib və təqdim olunması “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunması Qaydaları”na uyğun olaraq həyata keçirilir.
Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:
- Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
- Fərdi investorların portfelinin idarə edilməsi;
- İnvestisiya məsləhətlərinin verilməsi;
- Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
- Qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
- Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
- Marja ticarəti.
Yardımçı investisiya xidmətləri (əməliyyatları):
- Müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
- İnvestorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
- Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;
- Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
- Əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
6 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 9 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























