“1-2 məhsulun qiymətinin kəskin artması inflyasiya deyil”
“İnflyasiya 520 mal və məhsulun orta qiymətidir. Sizin gördüyünüz hansısa məhsul və xidmət həmin 520 məhsul və xidmətdən biridir”.
Bunu açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Rauf Səlimov deyib.
O, bu barədə Komitənin açıqladığı qiymət artımı göstəricisinin reallığı uyğun gəlməməsi ilə bağlı vətəndaşların ittihamlarına münasibət bildirərkən danışıb.
R.Səlimovun sözlərinə görə, təmsil etdiyi qurum ölkə üzrə orta inflyasiyanı hesablayır və bu səbəbdən də vətəndaşların gördükləri ilə rəsmi dinamika arasında fərq yaranır:
“Hazırda 5 043 məntəqədə mal və xidmətlərin qeydiyyatı aparılır. Yəni bizim açıqladığımız rəqəm bütün rayonlar üzrə orta rəqəmdir. Təbii ki, siz hər-hansı 1-2 məhsulun qiymətinin kəskin artmasını görə bilərsiniz. Amma bu inflyasiya deyil. O həmin məhsulun qiymətinin artımıdır. Bununla yanaşı, mən sizə digər məhsulların qiymətinin də aşağı düşməsini yaxud bu səviyyədə olmamasını misal gətirə bilərəm. Ona görə də inflyasiya dedikdə 520 mal və xidmətin qiyməti üzrə ümumiləşdirilmiş göstərici nəzərə alınır”.
DSK rəsmisi ölkədə süni qiymət artımının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyünü də deyib:
“Güman edirəm ki, maaşların artımı süni qiymət artımı ilə nəticələnməyəcək. Yanvar-avqust aylarında inflyasiya 2,6% olub, halbuki bu rəqəm yanvar-iyul aylarında 2,7% idi. Mövsümlə əlaqədar avqustda iyula nisbətən meyvə-tərəvəz ucuzlaşdı. Bu və bir sıra amillərə görə burda 0,1 faiz bəndi azalma gördük. Güman etmirik ki, inflyasiya sürətlənəcək".
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















