Bakıda Hyundai Servis Festivalı keçiriləcək - TARİX
(®) 20, 21, 22 Sentyabr tarixlərində Bakıda növbəti Hyundai Servis Festivalını keçirəcək.
Hər il olduğu kimi bu dəfə də Bakı Olimpiya Stadionunun böyük avtomobil dayanacağında ustalar və texniki avadanlıqlar vasitəsilə Hyundai sahibləri müxtəlif xidmətlərdən pulsuz və endirimlə faydalana biləcəklər.
Şirkət pulsuz elektrok diaqnostika, mühərrik bölməsində azalmış yağların bərpası, hədiyyələr və çoxsaylı kuponlar vasitəsilə festivaldan heç bir Hyundai sahibini əliboş göndərməməyi planlaşdırır.
Şirkət tərfindən verilən məlumata görə, Bakıda keçirilən festival zamanı hər il orta hesabla 1000 avtomobilə xidmət göstərilir. Bu il isə avtomobil sayının 2000-ə qədər olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, yaxın günlərdə yayımlanan Dövlət Statistika Komitəsinin açıqlmasında 2018-ci ildə Hyundai avtomobillərinin Azərbaycanda 4668 ədəd artımla (ümumilikdə 68.179) ən yüksək intensivlik göstərdiyi bildirilmişdi. Eyni dövr üçün Mercedes markalı avtomobillərin sayı 3648 ədəd olmuşdur. Bir çox mütəxəssislər bu məlumatın 2018-ci ili əhatə etdiyindən bazardakı aktual vəziyyəti tam əks etdirmədiyini bildirirlər. Bəzi qeyri-rəsmi hesabatlarda 2019-cu ildə Hyundai modellərinin artım tempinin daha yüksək olduğu bildirilir.
Hyundai satışda olduğu qədər, satışdan sonrakı xidmətlərdə də hər zaman öndədir. Festivalın keçirilməsində məqsəd, rəsmi Hyundai Servisinin imicinin yüksəldilməsi, müştəri loyallığının artırılması, müştərilərə servis mərkəzlərindən kənarda xidmət göstərməklə xüsusi dəyər yaratmaqda davam edir. Şirkət Servis Festivallarını yalnız Bakıda deyil, regionlarda da təşkil etməkdədir. Belə ki, bu ilin 22-23 İyun tarixlərində Gəncə şəhərində keçirilən festivalda 300-ə yaxın avtomobilin iştirakı barədə məlumat verilmişdi.
Şirkət tərəfindən yayılan məlumatda, festivalda "Shell", "PAŞA Sığorta", "Azərsun" “Full energy” “Bank Of Baku” və "Castrol" şirkətlərinin də müxtəlif hədiyyə və endirimlərlə Hyundai sahiblərini sevindirəcəyi bildirilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 19 saat sonra
-
-
1 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 d. əvvəl
- 6 d. əvvəl
- 45 d. əvvəl
-
48 d. əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
1 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
1 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
























