Bu qızla qəhvə içmək üçün bütün dünya yarışır
ABŞ-ın 20 Yanvarda vəzifəsinə başlayacaq yeni prezidenti Donald Trumpın qızı ilə bir qəhvə içmək üçün bütün dünya yarışır.
“Marja” xəbər verir ki, Ivanka Trump tərəfindən xeyirxahlıq saytı “Charitybuzz”da keçirilən hərracda ən yüksək təklif verənlərdən biri Londonda fəaliyyət göstərən “Tanto Capital Partners”ın idarəçi tərəfdaşı və fond rəhbəri Ozan Özkural olub. Özkural, Ivanka Trumpla qəhvə içmək üçün təxminən 60 min dollar təklif verib.
IVANKA TRUMPLA QƏHVƏ İÇMƏYİN YOLU
Ivanka Trumpla qəhvə içmək üçün hərrac hələ də “Charitybuzz”da davam edir. “Charitybuzz”, xəstə uşaqlar üçün ildə 5 milyon dolların üzərində ianə toplayır və məşhur insanlar bu ianəni toplamaqda yaxından iştirak edirlər.
Qəhvə görüşü 30 - 45 dəqiqə arasında davam edəcək və 1 Yanvar 2017-1 Yanvar 2018 arasında tərəflərə uyğun bir zamanda Ivankanın proqramına bağlı olaraq Nyu-York Trump Tower və ya Vaşinqton Trump İnternational Hotel-də baş tutacaq.
Görüşün sonunda foto da çəkiləcək.
Hərracda istəyən hər kəs təklif verə bilir. Özkuralın təklifi ehtimal edilən dəyər olan 50 min dolları keçərkən, hazırkı ən yüksək təklif "'GoHydrogen" tərəfindən verilmiş 72 min 888 dollarlıq təklifdir.
Ən yüksək təklifi verən 2 nəfər Ivankayla tanış olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















