Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq
“Dövlət Aqrar Ticarət Şirkəti” MMC və “Azərsun Holdinq” Şirkətlər Qrupu “Azərçay” brendi ilə Parisdə Sen-Sülpis (Saint Sulpice) meydanında sentyabrın 27-dən 29-dək keçiriləcək “Çay şəhərciyində ölkəmizi təmsil edəcəklər.
“Çay şəhərciyin”də iştirak edən şirkətlər ölkələrində becərilən çay bitkisi, onun mənşəyi, rəngi, növləri, çay ritualları, eləcə də çayın orqanizmə faydaları haqqında məlumat vərəcəklər.
Azərbaycanı təmsil edəcək hər iki şirkət ziyarətçilərə ölkəmizdə becərilən və istehsal olunan çay növləri, onun tərkibinin zənginliyi, milli çay mədəniyyətimiz və çay süfrəsi haqqında danışacaqlar. Şəhərcikdə ziyarətçilərin milli çayımızın ətri və tamı ilə tanış olmaq, eləcə də şirkətlərimizin öz məhsullarını təşviq etmək imkanı olacaq.
Bu gün dünyada 35 ölkə çay istehsal edir. Çin (1.7 milyon ton), Hindistan (1 milyon ton), Kenya (369 min ton), Şri-Lanka (300 min ton), Türkiyə (225 min ton), Vyetnam (217 min ton) və Yaponiya (84800 ton yaşıl çay) çay istehsalına görə ön sıradadırlar.
Fransada ildə 20 min ton çay istehlak olunur və çayın illik dövriyyəsi 251.2 milyon avrodur.
Qeyd edək ki, bu gün dünyada hər saniyədə 10 min fincan çay içilir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
11 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 30 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində





















