Azərbaycanın ilk özəl sığorta şirkəti 27 yaşını qeyd edir
(®) Bu gün Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC yaranmasının 27 illiyini qeyd edir.
"Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilmişdir.
Şirkətin əsas məqsədi yüksək keyfiyyətli və operativ xidmət göstərmək, sığorta sektoruna olan inamın artırılmasına dəstək olmaq, müştəriləri və əməkdaşları məmnun etmək, ədalət və düzgünlük prinsipini qorumaqdır. Şirkətin əsas inkişaf prioritetləri sırasında nümayəndəlik şəbəkəsinin genişlənməsi xüsusi yer alır. Bu məqsədlə 2019-cu il ərzində regionlarda şirkət 4 filialını müştərilərə təqdim edib. Bununla şirkət tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin edir. Bununla da sığorta şirkətinin nümayəndəliklərinin sayı 9-a çatıb.
“Günay Sığorta” ASC fəaliyyətinin 27 ili ərzində dəqiq, şəffaf və uğurlu strategiyanın tətbiqi nəticəsində ölkənin sığorta sektorunda güclü maliyyə dayanıqlılığı ilə seçilən, həmçinin göstərdiyi yüksək səviyyəli xidmətlərinə görə müştəri məmnuniyyəti və ictimaiyyət arasında etibarlı sığorta imicini qazanan maliyyə qurumuna çevrilmişdir.
"Korporativ-Sosial Məsuliyyət" Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olmuşdur.
Daim müştəri istəklərini fəaliyyətinin əsas meyarı tutan “Günay Sığorta” 1 il ərzində müştərilərə sərfəli olan yeni sığorta məhsullarını (Fərdi qəza sığortası, Mini kasko sığortası və s.) təqdim etmiş və müştərilərin istəklərinə əsasən mövcud sığorta məhsullarında (50/50 kasko sığortası, əmlak sığortası, səyahət sığortası və s.) dəyişikliklər etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
25 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 35 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
























