Azərbaycan vətəndaşlarından "Türk Telekom" tarifinə etiraz
Türkiyənin aparıcı telekommunikasiya şirkəti "Türk Telekom" mobil telefon abunəçiləri üçün tarif paketi istifadəyə verib.
Paketə Azərbaycan türkcəsində "Yaxşı tarif" ("Yaxşi tarife") adı verilib.
Tarifə əsasən, Türkiyədən Azərbaycan, Qırğız Respublikası, Suriya, Tacikistan, Moldova və Ermənistana zəngin dəqiqəsi 19 qəpikdir (65 kuruş). Eyni zamanda tarifə qoşulan abunəçilərə Türkiyə, Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxil olmaqla 2000 dəqiqə pulsuz danışıq imkanı yaradılıb. Ancaq siyahıda Azərbaycanın adı yoxdur. Bu da Türkiyədə təhsil alan, işləyən və yaşayan Azərbaycan vətəndaşlarının böyük narazılığına səbəb olub.
"Türk Telekom"un İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Melih Kocagil məsələdən xəbərsiz olduğunu bildirib. O, məsələni araşdırdıqdan sonra yazılı açıqlamasında Türkiyədə təhsil alan, işləyən və yaşayan Azərbaycan vətəndaşlarının "Yaxşı tarif" paketi və onun üstünlüklərindən yararlandığını qeyd edib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Report
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























