Hyundai idman yarışlarını yeni mərhələyə daşıyır
Müasir Olimpiya oyunlarının əsası 1894-cü ildə İOC-nin (Beynəlxalq Olimpiya Komitəsi) yaradılması ilə qoyulmuşdur ki, bu proses e.ə 4-cü əsrdə qədim Yunanıstanda keçirilmiş Olimpiya oyunlarından ilhamlanan Baron Pyer de Kubertin təşəbbüsü ilə edilmişdir. Texnologiya və humanist qanunların vəhdətini özündə əks etdirən formalarına görə fərqlənsə də mahiyyət etibari ilə qədim Olimpdə keçirilən oyunlardan heç nə ilə fərqlənməyən bu mötəbər hadisə bu gün də bütün din və irqdən olan insanları bir araya toplayaraq dünyaya sülh ismarıcı göndərməkdədir.
Belə bir təşkilatın yaradılması xüsusilə 20-ci əsrdə idman növləri üzrə dünyada müxtəlif böyük təşkilatlanmaların yaradılması, həm də kommersiya əhəmiyyətli yarışların keçirilməsi üçün ciddi fəaliyyətlərə təkan vermişdir. Son dövrlərdə isə İOC mandatı altında qitələr üzrə keçirilən oyunlarda e-Sport və ya başqa adı ilə Kibersport oyunlarının kütləvi şəkildə keçirilməsinə başlanmışdır.
Müxtəlif federasiyalar və təşilatlar tədəfindən təşkil olunan oyunların mükafat fondu 2013-cü ildə 3 milyon ABŞ dolları idisə, 2018-ci ildə 12 milyon ABŞ dolları həcminə qalxmışdır. İlk e-Sport yarışı 70-ci illərin əvvəllərində “SpaceWar” oyununun fanatları arasında Standford Universitetində keçirilmişdir. İlk dünya çempionatı isə 1990-cı ildə “Nintendo” oyunu üzrə Kaliforniyada keçirilmişdir. Ilk nüfuzlu idman federasiyası “G7 Teams” 2006-ci ildə 7 “Counter-Strike” oyunu komandası tərəfindən yaradılmışdır. İlk e-Sport arenası Santa-Ana şəhərində açılmışdır. Beləliklə e-Sport dünyada idman, əyləncə və komersiyanın birləşdiyi böyük tədbirlər sırasındadır.
Avtomobil idmanı yarışlarının tarixi Olimpiya oyunları qədər qədim olmasa da e-Sport tarixi üçün kifayət qədər qədimdir. Belə ki, ilk avtomobil yarışı 1895-cü ildə Paris-Bordo-Paris marşrutu üzrə 1178 km məsafəni əhatə etmişdir. Müasir avtomobil idamnı yarışları içərisində ən populyar olanları isə F1 və WRC kateqoriyasında olan yarışlardır. Bu gün avtomobil istehsalçılarının demək olar ki, hamısı idman avtomobillərinin istehsalı ilə məşğul olmaqdadırlar.
Texnologiyanın inkişafı avtomobil idamınından da yan keçməməkdədir. Belə ki, ekoloji avtomobillərin istahsalının kütləviləşməsi avtomobil idmanında da dəyişikliklərin edilməsini labüd etməkdədir. Hal hazırda avtomobil istehsalçıları bu sahədə ciddi investisiyalar etməkdədirlər.
İlk nəzərçarpan xəbər isə Hyundai şirkəti tərəfindən avqust ayından yayınlanan xəbər olmuşdur. Belə ki, şirkət artıq bu il Sentyabrın 10-da Frankfurtda keçiriləcək Beynəlxalq Avtomobil Sərgisində (IAA) dünyada ilk elektriklə çalışan yarış avtomobilinin təqdimatını edəcəyini açıqladı. Hyundai son zamanlara qədər i20 R5, i30 N TCR və Veloster N TCR modelləri vasitəsilə müxtəlif yarışlarda uğurla təmsil olunmuşdur. Avtomboilin yayınlanan ilk videsunda şirkətin bu mövzuda kiafyət qədər iddialı olduğunu görmək mümkündür.
Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Auto Azerbaijan şirkətindən aldığmız məlumata əsasən N seriyalı avtomobillər arasından yaxın aylarda yalnız Tucson N modelinin ölkəmizə gətirilməsi gözlənilir. Eko seriyasından olan avtomobillər sırasında isə yalnız İONİQ EV, İONİQ PHEV və İONİQ HEV avtomobilləri Azərbaycan istehlakçılarına təqdim eilməkdədir.
Ətraflı məlumat üçün ünvan: www.hyundai.az
Əlaqə nömrəsi: (012) 98
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. sonra
-
-
13 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
15 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
15 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
16 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)
.jpg)






.jpg)






