“AFB Bank”ın xalis mənfəəti 3 dəfədən çox azalıb
“AFB Bank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 677 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin birinci yarısını 5 milyon 330 min manat xalis mənfəətlə başa vurmuşdu. Qısası, “AFB Bank”ın xalis mənfəəti 3,2 dəfə azalıb. Mənfəətin azalması Bankın gəlirlərinin düşməsi ilə bağlıdır.
GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ARTIB
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “AFB Bank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 19 milyon 93 min manat (14 milyon 359 min manatı faiz, 4 milyon 734 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri 15 milyon 348 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 3 milyon 744 min manat əməliyyat mənfəəti olub. “AFB Bank” əməliyyat mənfəətinin 2 milyon 67 min manatını aktivlәr üzrә mümkün zәrәrlәrin ödәnilmәsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığından cari ilin 1-ci yarısını 1 milyon 677 min manat xalis mənfəət ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin birinci yarısında “AFB Bank”ın cəmi gəlirləri 23 milyon 940 min manat (faiz gəlirləri 18 milyon 950 min manat, qeyri-faiz gəlirləri 4 milyon 991 min manat) təşkil etmişdi. 11 milyon 49 min manat faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra 12 milyon 892 min manat əməliyyat mənfəəti qalmışdı. Əməliyyat mənfəətinin 7 milyon 561 min manatı ehtiyata yönəldilmişdi. Nəticədə Bank 2018-ci ilinin birinci yarısını 5 milyon 330 min manat xalis mənfəətlə başa vurmuşdu.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2019-cu il tarixində “AFB Bank” 423 milyon 672 min manat cəmi aktivlərə (o cümlədən 251 milyon 221.3 min manatı müştərilərə verilmiş kreditlər), 347 milyon 714 min manat cəmi öhdəliklərə və 75 milyon 959 min manat cəmi kapitala malik olub.
30 İyun 2018-ci il tarixində “AFB Bank” 522 milyon 782 min manat cəmi aktivlərə (o cümlədən 224 milyon 768 min manatı müştərilərə verilmiş kreditlər ), 450 milyon 777 min manat cəmi öhdəliklərə və 72 milyon 4 min manat cəmi balans kapitalına malik olub.
Fevral ayında mətbuatda yayımlanmış xəbərlərə görə, "AFB Bank" ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən "Gilan" MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"





















