“Gilan Holding”-in təşkilatçılığı ilə Beynəlxalq Musiqi Festivalı keçiriləcək
(®) XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
Dünyanın fərqli məkanlarında səslənən musiqilər, özünəməxsus və valehedici ifada Qəbələdə canlanaraq, bu il də hər bir musiqisevərin zövqünü zənginləşdirəcək.
Heydər Əliyev Fondunun və “Gilan Holding”-in təşkilatçılığı ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi 01 avqust 2019-cu il tarixində Heydər Əliyev adına Konqres Mərkəzində baş tutacaqdır. Festivalda müxtəlif musiqi janrlarında çıxış edən görkəmli musiqiçilər, solistlər, dirijorlar iştirak edəcəklər.
Festivala Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dəvət olunan dünya şöhrətli dirijorlar Fəxrəddin Kərimov, Dmitri Yablonski, Alvise Kasellati, eləcə də Oksana Yablonskaya, Janna Qandelman, Eduard Vulfson, Anna Koşkina, Janna Miniotas, Boris Andrianov, Sim Helen, İrina Starodub, Mariya Buynosova, Umid İsrailov, Modestas Sedlevicius, Ningvu Du, Doğu Kaptaner, Fırat Semerçioğlu kimi musiqiçilər və digərləri çıxış edəcəklər.
Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Kiyev virtuozları” simfonik orkestri, “Clarte” klarnet kvarteti, Trio Mirakulum (Türkiyə) məharətlərini səhnədə nümayiş etdirəcəklər.
Xalq artistləri Murad Adıgözəl-zadə, Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Nərgiz Kərimova, Rəna Rəhimova, beynəlxalq müsabiqələr laureatları Cavad Tağızadə, Ceyla Seyidova, Toğrul Hüseynli, Nicat Salmanov, Taleh Yahyayev, Mahir Tağızadə, Fəqan Həsənli, Natavan Həsənova, Nərmin Nəcəfli və digər sənətkarlar maraqlı ifaları ilə tamaşaçıların diqqətini cəlb edəcəklər.
Festivalda, həmçinin dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert keçiriləcəkdir.
Hər il olduğu kimi, bu il də Festival çərçivəsində “Muğam axşamı” keçiriləcəkdir. Muğam sevərlər “Naz-nazı” muğam qrupunun çıxışlarından zövq ala biləcəklər.
Möhtəşəm musiqi bayramı olan XI Qəbələ Beynəlxalq Musiqi Festivalı əhali arasında gözəl musiqi zövqünün formalaşdırılmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin ölkəmizdə tanınmasına ənənəvi olaraq, böyük töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 11 saat əvvəl
-
13 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
13 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
14 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
14 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
14 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
Ən çox oxunanlar
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
































