Türk Lirəsi ABŞ Prezidentinin açıqlamasından sonra sürətlə bahalaşıb
ABŞ Prezidenti Donald Tramp, Rusiyadan S-400 raket sistemini aldığına görə Türkiyəyə hazırda sanksiya tətbiq etmək planları olmadığını söyləyib. Tramp, "S-400 məsələsində Türkiyəyə bu an sanksiya axtarışında deyiləm", - deyib.
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Tramp, Oval Ofisdə Türkiyənin S-400-ləri alması ilə bağlı sualları cavablandırıb.
Tramp, "Türkiyəyə sanksiya tətbiq edəcəksiniz?" sualına, "Xeyr. Hazırda buna baxmırıq", - cavabını verib.
Dünən Ağ Evdən verilən açıqlamada, S-400-lərə görə Türkiyənin artıq F-35 layihəsinin tərkib hissəsi olmadığı qeyd edilərək, "ABŞ, Türkiyə ilə strateji əlaqəsinə də çox dəyər verir. NATO müttəfiqləri olaraq əlaqələrimiz çoxlaylıdır və yalnız F-35-lərə bağlı deyil",- bildirilmişdi.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də "ABŞ, Türkiyənin strateji tərəfdaşlığına hələ də çox dəyər verir" açıqlamasını etmişdi.
Donald Trampın açıqlamasından sonra Türk Lirəsi 1% bahalaşıb. Dollar 5.63 lirə səviyyələrinə düşüb (Bakı vaxtı ilə saat 22:20-yə olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)





