“Kənddən şəhərə”nin Əhmədli filialı istifadəyə verildi
Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən şəhərə” layihəsi çərçivəsində eyniadlı daha bir satış mərkəzi Əhmədli qəsəbəsinin Məhəmməd Hadi küçəsi 23/24 ünvanında vətəndaşların istifadəsinə verilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, “Kənddən şəhərə” satış mərkəzinin istifadəyə verilməsi paytaxtın bu bölgəsində yaşayan insanların təmiz, keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayacaqdır.
Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova “Kənddən şəhərə” layihəsinə qoşulduqları üçün yerli fermer və qida istehsalçılarına minnətdarlığını bildirib:
“Kənddən şəhərə” artıq bir brendə, markaya çevrilib. Layihə çərçivəsində istifadəyə verilən ilk satış mərkəzimiz Səbail rayonunda Nizami küçəsi, 154B ünvanında fəaliyyət göstərir. Burada vətəndaşlarımız ekoloji təmiz, təbii, keyfiyyətli kənd təsərrüfatı və yerli qida istehsalçılarının məhsullarını əldə edə bilirlər. Eyni keyfiyyətdə məhsulları bu ərazidə yaşayan vətəndaşlarımızın daha rahat əldə edə bilməsi üçün “Kənddən şəhərə”nin Əhmədli filialını istifadəyə verdik. Düşünürəm ki, ilin sonunadək paytaxtın daha bir neçə ərazisində yeni satış mərkəzləri açılacaq və bu mərkəzlər paytaxtın daha çox əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatını qarşılayacaq. Bütövlükdə “Kənddən şəhərə” satış mərkəzlərinin istifadəyə verilməsi Strateji Yol Xəritəsindən irəli gələn tələblərə xidmət edir”.
Qeyd olunub ki, “Kənddən şəhərə” layihəsi çərçivəsində paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası da təşkil edilib. Bundan başqa, fermerlərin yetişdirdiyi məhsulların “Kənddən şəhərə” adı ilə qablaşdırılaraq satışı da həyata keçirilir. Bu məhsulları vətəndaşlar həm “Kənddən şəhərə” satış mərkəzlərindən, həm də müxtəlif market şəbəkələrindən əldə edə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
4 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















