13 istirahət mərkəzinin sahibləri cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Abşeron və şimal sahil zolağında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirib.
Bunu açıqlamasında nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, Novxanı, Türkan və Hövsan çimərlikləri ərazisində keçirilən reydlər zamanı “Neptun”, “Balıqçı”, “Alma”, “Antalya”, “Mirvari”, “Qala”,“Riad Park” və “Caspian Beach” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktları aşkar edilib.
Nazirlik rəsmisi qeyd edib ki, həmin obyektlərə cavabdeh şəxslər Rəhim Xəlilov, Pərvanə Eyyubova, Anar Quliyev, Fərhad Əsgərov, Azər Rzaquliyev, Şahin Babayev, Anar Allahyarov və İsmayıl Hüseynov barəsində akt, protokol tərtib olunub və hər biri vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib.
O qeyd edib ki, “Xəzər dənizinin şimal sahil zolağında keçirilən reydlər zamanı isə “Elay”, “Malibu”, “Jalə”, “Yalama-Xəzər Tusit Bazası” və “Lokomotiv” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdılması faktlarına görə akt və protokollar tərtib olunub. Obyekt sahibləri Maya Vəliyeva, Rüfət Nəsizadə, Amil Məmmədov, Mahir Şirəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə edilib, “Lokomotiv” istirahət mərkəzinin isə hüquqi şəxs qismində cərimə olunması üçün tərtib olunmuş sənədlər rayon məhkəməsinə göndərilib. Obyekt sahiblərinə sutəmizləyici qurğuların quraşdırılması üçün icrası məcburi olan “məcburi göstəriş”lər verilib”.
Nazirliyin rəsmisi onu da bildirib ki, reydlər Xəzər dənizinin cənub sahil zolağında da keçirilir və nəticələri ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
İ.İbrahimova bir daha dəniz kənarında fəliyyət göstərən obyekt sahiblərinə, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlara müraciət edib: “Neçə illərdir təbiətimizə, dövlətimizin və xalqımızın sərvətinə laqeyd münasibət göstərərək çirkab suları dənizə axıdırsınız və ona böyük ziyan vurursunuz. Heç olmasa öz övladlarınızın, doğmalarınızın səhhətini, sağlamlığını düşünün və buna son qoyun. Müasir texnologiyaların sürətlə inkişaf etdiyi zamanda yaşayırsınız, lakin yeni texnologiyalardan istifadə etmək əvəzinə, primitiv, köhnə üsullardan uzaqlaşa bilmirsiniz. Xüsusilə vurğulamaq istərdik ki, dənizimizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Yenə də hər kəsi təbiətimiz qarşısında öz məsuliyyətini dərk etməyə çağırırıq”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























