“NBC Bank” 2019-u necə yarılayıb? - BANK YENİ MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
“NBC Bank” ASC 2019-cu ilin birinci yarısını (yanvar-iyun) 184.8 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, cari ilin 1-ci rübündə (yanvar-mart) Bank, əsasən ehtiyata ayırma ilə əlaqədar olaraq 594.9 min manat zərərə düşmüşdü. Beləliklə, ikinci rübdə “NBC Bank” yenidən mənfəətə çıxıb.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - iyun dövründə “NBC Bank”ın cəmi gəlirləri 10 milyon 929 min manat (9 milyon 118 min manatı faiz, 1 milyon 811 min manatı qeyri-faiz gəlirləri), cəmi xərcləri isə 11 milyon 351 min manat (7 milyon 221 min manatı faiz, 4 milyon 130 min manatı qeyri-faiz xərcləri) təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 422 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 606 min manatının azad olması hesabına həm Bankın əməliyyat zərəri bağlanıb, həm də xalis mənfəət yaranıb.
Qeyd edək ki, 2019-cu ilin May ayında dövlət büdcəsinin vəsaiti hesabına Dollar kreditlərinə kompensasiya ödənilib. Dollar kreditləri probleminin xeyli həlli bankların ehtiyatlarının azad olması ilə nəticələnir.
Xatırladaq ki, "NBC Bank” ASC 2018-ci ilin birinci yarısını 1 milyon 872 min manat xalis mənfəətlə bağlamışdı. Ötən ilin yanvar-iyun dövründə “NBC Bank”ın cəmi gəlirləri 9 milyon 954 min manat (faiz gəlirləri 8 milyon 501 min manat, qeyri-faiz gəlirləri 1 milyon 453 min manat), cəmi xərcləri isə 8 milyon 191 min manat (faiz xərcləri 4 milyon 899 min manat, qeyri-faiz xərcləri isə 3 milyon 292 min manat) təşkil etmişdi. Həmçinin ehtiyatların 109 min manatı azad olmuşdu.
Ötən ilin birinci yarısı ilə müqayisədə "NBC Bank”ın faiz və qeyri-faiz gəlirləri artsa da, faiz və qeyri faiz xərcləri daha çox artıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30.06.2019-cu il tarixində “NBC Bank” 213 milyon 645 min manat kredit portfelinə malik olub. 2018-ci ilin sonunda kredit portfeli 204 milyon 469 min manat təşkil etmişdi (ilk 6 ayda 9 milyon 176 min manat artıb). Bank 31 Mart 2019-cu il tarixində isə 212 milyon 489 min manat kredit portfelinə malik idi. 2017-ci ilin sonunda 154 milyon 396 min manat təşkil etmiş kredit portfeli ötən il İyunun sonunda 184 milyon 798 min manata çatmışdı.
2019-cu ilin birinci yarısında "NBC Bank"da depozitlər 5 milyon 357 min manat artaraq 111 milyon 783 min manata çatıb.
Ötən ilin sonunda 283 milyon 376 min manat təşkil etmiş cəmi aktivlər iyunun sonunda 293 milyon 711 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 İyun 2019-cu il tarixində "NBC Bank" 57 milyon 332 min manat məcmu kapitala malik olub. Ötən ilin sonunda Bankın məcmu kapitalı 57 milyon 88 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib




























