Londonda Zamirənin məhkəməsi oldu - Milyonları hara xərcləyib?
İyunun 24-də İngiltərənin Vestminster magistrat məhkəməsində Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə növbəti məhkəmə prosesi başlanıb.
“Jersey Evening Post” xəbər verir ki, məhkəməyə qatılan Zamirə Hacıyeva Azərbaycana ektradisiya olunmasına qarşı çıxaraq ədalətli mühakimə olunmadığını bildirib. Hacıyevaya qarşı qaldırılan ittiham aktında bildirilir ki, o, Avropadakı lüks butiklərdə, otellərdə, restoran və məşhur mağazalarda 15,5 milyon funt sterlinq xərcləyib. 55 yaşlı Hacıyeva özünə, ailə üzvlərinə qızıl, daş-qaş alaraq, 3 uşağının yüksək təhsil haqqını ödəyib. “Harrods”da isə 10 il boyunca 16 milyon funt sterlinq xərcləyib.
Zamirə Hacıyeva 2009-cu ildən 2015-ci ilədək Azərbaycan Beynəlxalq Bankından (ABB) 97 milyon dollar (76 milyon funt-sterlinq) vəsaiti mənimsəyən 37 nəfərlik mütəşəkkil cinayətkar qrupun üzvü olub.
Hacıyevanın 57 yaşlı əri Cahangir Hacıyev isə 2001-2015-ci illərdə ABB-nin rəhbəri olub və daha sonra dələduzluq maddəsilə 15 il həbsə məhkum edilib.
Azərbaycan hökumətini təmsil edən Helen Malkolm məhkəməyə Hacıyevanın adından verilən 10 kredit kartından 14,5 milyondan 15,5 milyon funt sterlinqə qədər pul xərclənib, digərləri isə ögey qızının və ərinin şəxsi mühafizəçisinin adına rəsmiləşdirildiyini deyib:
“Hacıyev 15 il həbs cəzası alıb və 39 milyon dolları (30,5 milyon funt sterlinq) geri ödəmək tapşırılıb. Bununla bağlı onlar apellyasiya şikayəti versələr də, rədd edildi”.
Məhkəmədə bildirilib ki, Hacıyevin dövlət qulluqçusu kimi gəliri 29-70 min dollar arasında olub. Bundan başqa onun qanuni gəlir mənbəyi olması ilə bağlı hər hansı sübut tapılmayıb. Zamirə Hacıyevanın isə hər hansı rəsmi gəliri olmayıb və o, qızıl sataraq yaşayışını təmin edib.
“Hacıyevaya qarşı açılan iş əriylə əlbir olub dələduzluq etməsinə görədir”, - deyə Malkolm bildirib.
Hacıyevanın vəkili Hüqo Keys QC isə ittihamları rədd edərək bildirib ki, Hacıyeva əri Azərbaycanda həbsdə olduğu üçün mühakimə edilir və pul xərcləmək heç də cinayət sayılmır.
Qeyd edək ki, Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub, sonra isə ev həbsinə buraxılıb. Hazırda o, Londondakı evində qalır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























