Santa Fe və Tucson ən çox satılan ailə avtomobili olacaq
(®) Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Avto Azərbaycan şirkəti Santa Fe və Yenilənmiş Tucson modellərini əhatə edən növbəti hədiyyə kampaniyasını elan edib.
Şirkətdən hədiyyələr barədə məlumat verilməsə də daha çox istirahət mövzusunu əhatə edən praktiki əşya və vasitələrdən ibarət olduğunu və seçimin müştərilər tərəfindən ediləcəyi bildirilib.
Qeyd edək ki, hər iki SUV avtomobili hal hazırda Azərbaycanda ən çox satılanlar sırasındadır. Hyundai Santa Fe birmənalı olaraq Hyundai şirkətinin dünyada ən çox satılan SUV avtomobilidir.
Amerika bazarında Hyundai Santa Fe avtomobilinin satış həcmi 2018-ci ilin May ayına nisbətdə 22% artaraq 13807 ədəd olmuşdur. Ümumilikdə isə Santa Fe avtomobillərinin 2019-cu ildəki satış göstəricisi ilk 5 ayda ötən ilki satışların 50%-dən bir qədər yüksək göstərici ilə nəticələnərək 53236 ədəd olaraq qeydə alınmışdır.
Hyundai Tucson avtomobilinə gəlincə isə ABŞ bazarında 2018-ci ilin May ayının satış həcmi ilə müqaisədə 18% artaraq 15616 ədəd həcm qeydə alınmışdır. Kanada bazarındakı rəqəmlər bir qayda olaraq gec açıqlanmasına və satış həcminin kiçik olmasına baxmayaraq praktika göstərir ki, tendensiya 2-3% fərqlə olmasına baxmayaraq ABŞ bazarı ilə eyni istiqamətdə davam edir.
Azərbaycan istehlakçılarına Hyundai Santa Fe avtomobilləri 59800 AZN-dən başlayan qiymətlərlə 4 müxtəlif komplektasiyada və Hyundai Tucson avtomobili isə 42300 AZN-dən başlayan qiymətlərlə 3 müxtəlif komplektasiyada təklif olunur.
Xüsuilə qeyd etmək istərdik ki, 25% ilkin ödəniş və 3 illik kredit şərtləri Santa Fe və Tucson avtomobillərini də əhatə edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 5 d. əvvəl
- 17 d. əvvəl
-
1 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
1 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
- 1 saat əvvəl
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 3 saat əvvəl
-
9 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
10 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir























