“Embafinans” xalis mənfəətini 3 dəfədən çox artırıb
Bank olmayan kredit təşkilatı “Embafinans” MMC 2018-ci ili 1 milyon 827 min manat xalis mənfəət ilə başa vurub. 2017-ci illə müqayisədə 2018-ci ildə kredit təşkilatının xalis mənfəəti 3,2 dəfə artıb. “Embafinans” 2017-ci ili 569 min manat xalis mənfəətlə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
“Marja” “Embafinans”ın illik maliyyə hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə 4 milyon 380 min manat təşkil etmiş faiz gəlirləri 2018-ci ildə 5 milyon 782 min manata yüksəlib. Qısası, ötən il kredit təşkilatının faiz gəlirləri 1 milyon 402 min manat və ya 32% artıb.
2018-ci ildə “Embafinans”ın faiz xərcləri isə cəmi 82 min manat və ya 7% artaraq 1 milyon 263 min manat təşkil edib.
2017-ci illə müqayisədə 2018-ci ildə “Embafinans”ın haqq və komissiya gəlirləri 472 min manat artaraq 1 milyon 215 min manat, haqq və komissiya xərcləri isə 47 min manat artaraq 226 min manat təşkil edib.
Cəmi gəlirlərinin cəmi xərclərdən daha yüksək nisbətdə artması “Embafinans”ın xalis mənfəətinin 3 dəfədən yüksək olmasını təmin edib.
GƏLİRLƏRİ XƏRCLƏRİNDƏN 3 DƏFƏ ÇOX ARTIB
Bir əvvəlki illə müqayisədə ötən il “Embafinans”ın cəmi gəlirləri 1 milyon 785 min manat artaraq 6 milyon 998 min manat, cəmi xərcləri isə 527 min manat artaraq 5 milyon 170 min manat təşkil edib. Cəmi gəlirlər cəmi xərcləri 1 milyon 827 min manat üstələdiyindən təşkilatın bir o qədər xalis mənfəəti yaranıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR KƏSKİN ARTIB
BOKT “Embafinans” MMC 31 Dekabr 2018-ci il tarixində 29 milyon 645 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 23 milyon 434 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ilin sonunda təşkilatın 22 milyon 38 min manat cəmi aktivlərinin 15 milyon 516 min manatını müşətərilərə verilmiş kreditlər təşkil etmişdi. Beləliklə, ötən il “Embafinans”ın cəmi aktivləri 7 milyon 607 min manat və ya 34,5%, müştərilərə verilmiş kreditlər isə 7 milyon 917 min manat və ya 51% artıb.
"Embafinans" 2012-ci ildən fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 10 milyon manatdır. "Embafinans" mebel və məişət avadanlıqları bazarında bir çox şirkətlərin məhsullarını, əsasən də mebel şirkətlərinin məhsullarını kreditləşdirir. Ötən ildən başlayaraq "Embafinans" biznes kreditləri də təklif etməyə başlayıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
3 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
8 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 14 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























