Tikintiyə dövlət nəzarətinin bərpası deputatın etirazına səbəb olub
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara icazə verilir. Bu nə ilə əlaqədardır?”
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Vahid Əhmədov deyib.
“Bizim komitədən heç vaxt Milli Məclisin plenar iclasına 2 qanun daxil olmayıb. Keçən dəfə "Dövlət rüsumu haqqında" qanun plenara daxil olanda çox böyük debatlara səbəb olub. Hansısa nazir gətirib, qol çəkib, göndəriblər bura. Tikintidə nə yoxlama?! Əgər biz yoxlamaların hamısını saxlamışıqsa, niyə yenidən tikintiyə dövlət nəzarəti yoxlamalarını bərpa edirik, səbəbi nədir?”, -deyə V.Əhmədov bildirib.
Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov V.Əhmədovun etirazına cavab verib.
“Məlum olduğu kimi, 2021-ci il yanvar ayının 1-nə kimi bütün yoxlamalar dayandırılıb, yalnız müstəsna hallarda yoxlamalar aparıla bilir. Biz zaman-zaman bu yoxlamaların siyahısını genişləndiririk. Buraya təklif olunur hazırda yanğın nəzarəti, tikintidə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsinə nəzarət sahəsində yoxlamalar da həyata keçirilə bilsin. Eyni zamanda, bu yoxlamaların risk səviyyəsinə uyğun olaraq keçirilmə dövriliyi müəyyən olunur. Xüsusilə qeyd etmək lazımdır ki, çoxmənzilli binaların istismarı ilə bağlı fərman tələb edir ki, FHN müvafiq qurumları yoxlamaları həyata keçirə bilsinlər. Əks halda həmin binaların istismarı ilə bağlı müəyyən çətinlik yarana bilər. V.Əhmədovun dediyi ondan ibarətdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar yəni – vergi yoxlamaları, tikintiyə dövlət nəzarəti həyata keçirilməsi ilə əlaqədar yoxlamalar, maliyyə sahəsindəki yoxlamalara bu qanun şamil olunmayacaq”, - deyə M.Bazıqov əlavə edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















