Dollar ilə bağlı kritik məlumatlar açıqlanacaq
Bu gün Fedin gələn həftəki kritik toplantısından öncə son mühüm göstərici - kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaqdır.
Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Fevral ayı məşğulluq göstəricisinin 190 min olacağı gözlənilir. Yanvarda qeyri-kənd təsərrüfatı məşğulluq 227 min artmışdı.
Eyni zamanda ABŞ-da işszilik nisbətinin 4,7%-ə düşəcəyi, orta saatlıq maaşların 0,3% artacağı gözlənir. Yanvarda ABŞ-da işsizlik 4,8% olmuş, orta saatlıq maaşların artımı isə 0,1% təşkil etmişdi.
Əgər açıqlanacaq faktlar proqnozlardan yüksək çıxarsa Dolların bahalaşacağı və Fed-in 15 Martda faiz artıracağı ehtimalının daha da güclənəcəyi gözlənilir.
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
Fed Sədri Janet Yellen daxil Fed səlahiyyətliləri "şahin tonlu" açıqlamalar verərək, bu aykı iclasda faizin artırıla biləcəyini deyiblər.
Bu həftə ABŞ özəl sektor məşğulluq göstəricisi də gözləniləndən daha yaxşı çıxıb.
MANATA TƏSİRİ
Fed-in Mart ayında faiz artırmasının Azərbaycanda Dollar/Manat məzənnəsinə təsir edib-etməyəcəyi müzakirə olunur.
“Marja”nın məlumatına görə, analitiklər bildirirlər ki, ABŞ Mərkəzi Bankı (Fed) 15 Martda faiz artırsa bunun inkişaf etməkdə olan ölkələrin milli pullarına mənfi təsiri az olacaqdır. Çünki investorlar Fed-in faizləri Martda artıracağına 90%-ə yaxın ehtimal verirlər və bu səbəbdən növbəti faiz artırımı Dolların dəyərində əks olunub. Yəni, Dollar Martda artırılacaq faizə görə artıq mühüm valyutalar qarşısında bahalaşıb. Hətta bu il Fed-in 3 dəfə faiz artıracağı ehtimalı xeyli səviyyədə Doların dəyərində əks olunub. İndi əsas məsələ bu il Fed-in neçə dəfə faiz artıracağıdır. Ümumiyyətlə, investorlar bu il Fed-in 3 dəfə faiz artıracağını gözləyirlər. Əgər Fed 15 dekabrda 4 dəfə faiz artırılacağına işarə edərsə, bu halda faiz qərarından sonra Dollar mühüm valyutalar qarşısında güclənə bilər.
Adətən Dollar bahalaşan zaman neft ucuzlaşır. Buna səbəb, Dollar bahalaşdığına görə, digər valyutalar ilə daha az dolların alınması və buna uyğun olaraq da neft alışının azalmasıdır. Bahalaşan dollar səbəbindən tələb azaldığından neft də ucuzlaşır.
Hazırda isə vəziyyət fərqlidir. OPEC və digər 11 istehsalçı ölkə hasilatlarını azaldarkən, ABŞ istehsalçıları hasilatlarını sürətlə artırırlar. Buna görə, OPEC razılaşmasının neft qiymətlərinə ciddi təsiri hiss olunmur, son iki gündə neft 7%-dən çox ucuzlaşaraq 50 dollardan aşağı düşüb (Qərbi Texas nefti).
Son məlumata görə, OPEC ABŞ-ın şist nefti istehsalçıları ilə danışıqlara başlayıb. OPEC bildirir ki, neftin ucuzlaşması daha çox ABŞ istehsalçılarına mənfi təsir edir. Əgər neft yenidən 40 dollara düşərsə bu zaman ABŞ istehsalçıları quyuları yenidən bağlamağa və investisiyaları azaltmağa məcbur olacaqlar.
Ümumiyyətlə, son vaxtlar neftin qiymətinin 40 dollardan aşağı düşəcəyinə az ehtimal verilir. Azərbaycanın 2017-ci il dövlət büdcəsi neftin 40 dollar/barel qiymətinə əsasən tərtib edildiyindən risk azdır.
Hazırda Azərbaycanda Manatın məzənnəsini Mərkəzi Bankın sərt pul siyasəti və Dövlət Neft Fondunun hərraclarda satdığı valyutanın məbləği müəyyənləşdirir. Son vaxtlar Mərkəzi Bank Manat kütləsini azaltdığından Dollar Manat qarşısında xeyli zəyifləyib.
Yuxarıda qeyd edilənlərə əsasən deyə bilərik ki, Fed-in Martda faiz artırmasının Manata birbaşa qısamüddətli təsiri gözlənilmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
















.jpg)




