"Sabah sərgidə fermerlər üçün dron texnologiyasını ilk dəfə nümayiş etdirəcəyik”

Sabahdan başlayaraq mayın 17-nə qədər Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən bir - 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) keçiriləcək.
Bununla bağlı keçirilən mətbuat konfrasında Kənd Təsərrüfatı Nazirliyinun nümayəndəsi Toğrul Qafarbəyli bildirib ki, sərgi “Made in Azerbaıjan” brendinin formalaşdırılması üçün böyük əhəmiyyət kəsb edir.
“Bu il sərgidə ilk dəfə milli pavilyonla təmsil olunacağıq. Ərazimiz 300 kvadratmetrdən çoxdur. Azərbaycanlı fermerlərin də istifadə edə biləcəyi dron texnologiyasını və mobil baytarlıq xidmətini ilk dəfə nümayiş etdirəcəyik”, - deyə o, qeyd edib.
“Caspian Agro”da nazirliyə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC də təmsil olunacaq. Qeyd edək ki, bu il şirkət Bakıda və regionlarda təxminən 10 yeni mağazasını açmağı planlaşdırır.
Sərgi çərçivəsində 3 innovativ layihənin, mobil laboratoriyanın da nümayişi nəzərdə tutulub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
“Caspian Agro 2019” regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycanın aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqinə, eləcə də təcrübə mübadiləsinə, yerli və xarici təsərrüfatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsinə kömək edir. Aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış müəssisələrinin nümayəndələri, habelə fermerlərin də yer aldığı sərgi iştirakçıları eksponent və ziyarətçilərlə görüşmək və öz məhsullarını əyani şəkildə nümayiş etdirmək üçün ideal fürsət əldə edəcəklər.
“Caspian Agro 2019”un ekspozisiyası Bakı Ekspo Mərkəzinin üç mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşəcək. Bu il sərgidə dünyanın 31 ölkəsini təmsil edən 403 -dən artıq şirkət iştirak edəcək. Bu il iştirak edən ölkələrin sayında 10 %lik artım var. Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edəcəklər. Gürcüstan və Niderland sərgidə milli stendlərlə çıxış edəcəklər. Həmçinin bu il Mərakeş sərgidə ilk dəfə çıxış edəcək.
Sərgi çərçivəsində “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər əsnasında sənaye mütəxəssisləri əməkdaşlıq yollarını müzakirə edə, yeni əlaqələr quraraq mövcud əlaqələri gücləndirə və həm sərginin qonaqları, həm də öz həmkarları olan iştirakçılar arasında tərəfdaş və müştərilər tapa biləcəklər. Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər. Həmçinin sərgi çərçivəsində ilk dəfə olaraq “Fermer təsərrüfatının inkişafı və yüksək keyfiyyətli məhsulların verilməsi” mövzusunda treninq sessiyası keçirməyi planlaşdırırlar. Bu sessiyada fermerlər onları maraqlandıran suallarla mütəxəssislərə müraciət edərək öz təcrübələrini həmkarları ilə bölüşə biləcəklər. Sərginin ikinci günündə “EUROCHEM TRADING RUS” şirkətinin seminarının və “ICODS HILMER GMBH” şirkətinin təqdimatının keçirilməsi planlaşdırılır.
Sərgini Kənd Təsərrüfatı Nazirliyi ilə yanaşı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəkləyirlər. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 5 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
