İnvestorlar niyə "METAK" şirkətinin istiqrazlarını almalıdır? - MÜSAHİBƏ
“METAK” MMC-nin Maliyyə meneceri İsmayıl Hümbətovun “Marja”ya müsahibəsi
-İsmayıl bəy kapital bazarı nədir və yerli müəssisələr bundan necə faydalana bilər?
- Müəssisələrin müxtəlif vaxtlarda maliyyələşməyə ehtiyacı yaranır. Bu dövriyyə kapitalının artırılması və uzun müddətli aktivlərə investisiya qoyuluşu ilə bağlı ola bilər. Müəssisə maliyyələşməni həyata keçirmək üçün ya yeni təsisçi (şərik) axtarışına çıxmalı, ya da ictimaiyyətə açılaraq səhm buraxmalı, ya da borc kapitalı vasitəsi ilə maliyyələşməlidir. Borc kapitalının cəlb edilməsi adətən ya bank kreditləri ya da istiqraz buraxılışı vasitəsi ilə baş verir.
-Səhm və istiqrazların fərqi nədən ibarətdir?
- İstiqraz buraxan müəssisənin dəqiq və bəlli bir vaxtda investor qarşısında öhdəliyi yaranır. Yəni necə ki bank depozitində olduğu kimi banklar aylıq, rüblük, yarımillik və ya illik faiz ödəməyi öz üzərinə götürür, istiqrazlarda da eyni formadadır. Yəni müəssisə investorlara əvvəlcədən müəyyənləşmiş vaxtlarda faiz ödənişi həyata keçirir. Müəyyən dövrdən sonra isə investor istiqrazlara yatırdığı vəsaiti geri ala bilir. Emitent müəssisənin (yəni istiqrazı buraxan şirkət) istiqrazlar üzrə ödənən faizləri bank faizlərində olduğu kimi mənfəət vergisi məqsədilə nəzərə alınır. Yəni bu xərclər gəlirlərdən çıxılır. Bu isə müəssisə üçün borc kapitalını daha ucuz və sərfəli edir.
Səhmlərə gəldikdə isə qeyd etmək istərdim ki, səhmlər öz növbəsində iki cür olur: imtiyazlı və imtiyazsız. İmtiyazlı səhmlər, adətən, istiqrazlara oxşayır. Amma imtiyazsız səhmlərdə müəssisə əvvəlcədən müəyyənləşmiş və bəlli vaxtlarda dövri olaraq dividend ödəmək məcburiyyətində deyil. Əgər müəssisə il üzrə mənfəətlə işləyərsə, həmçinin direktorlar şurası dividend ödənişi barədə qərar verərsə, bu ödəniş həyata keçirilir. Sual yaranır ki, birdən müəssisə qeyri-qanuni yolla öz maliyyə hesabatlarında mənfəətlə işlədiyi halda, zərər göstərsin və dividend ödəməkdən boyun qaçırsın, bu məsələ necə tənzimlənir? Əvvəla, ictimaiyyətə açılmaq və investorların inamını qazanmaq üçün maliyyə hesabatları nüfuzlu audit şirkəti tərəfindən yoxlanılmalı və rəy alınmalıdır. O cümlədən, ictimaiyyətdə müsbət reputasiyaya malik olmaq vacibdir. Bundan əlavə, nəzarətedici dövlət orqanları ilə bütün hüquqi prosedurlar yerinə yetirilməlidir. Həmçinin, keyfiyyətli PR kampaniyalarına başlamaq lazım gələcək. Bütün bu prosesləri təşkil etmək üçün kifayət qədər vəsait lazımdır. Həmçinin, səhm üzrə dividendlər bankların təklif etdiyi depozit faizlərindən nəzərə çarpacaq dərəcədə üstün olmalıdır ki, investorlarda riskə getməyə səbəb olsun. Əks halda, investorlar öz vəsaitlərini sabit gəlirli depozitlərə və ya istiqrazlara yatırarlar. İstiqrazlardan və bank kreditlərindən əsas fərqli məqam odur ki, səhmlərə görə ödənən dividendlər vergiyə cəlb olunan gəlirlərdən çıxılmır və vergi məbləğini azaltmır. Çünki dividend xalis mənfəət məbləğindən ödənilir. Bütün qeyd olunanlar səhmlərin kütləvi təklifi ilə cəlb edilən kapitalı borc kapitalına nisbətdə daha bahalı edir. Əgər müəssisə dividend verməkdən boyun qaçırarsa və yaxud obyektiv səbəblərdən bunu etməzsə, səhmlər tədricən dəyərdən düşəcək və bütün investorlar öz səhmlərini satmağa başlayacaq və öz pullarını mövcud biznesdən çəkəcəklər. Nəticədə isə müəssisə müflisləşmə riski ilə üz-üzə qalacaq.
-Azərbaycanda hazırda kapital bazarları ilə vəziyyət necədir?
Son dövrlərdə Bakı Fond Birjası kapital bazarlarının inkişafı üçün böyük işlər görmüşdür və müəyyən uğurlara nail olmuşdur. Bizim şirkət də onların təqdim etdiyi “Listinq Məsləhət Proqramı”dan bəhrələnmişdir.
-İsmayıl bəy, bildiyimizə görə METAK şirkəti növbəti istiqraz yerləşdirilməsinə hazırlaşır, bu hansı zərurətdən meydana gəldi və gözləntiləriniz nədən ibarətdir?
-Biz istiqraz burxamağa qərar verəndə ölkədə bankların təklif etdiyi biznes kreditlər olduqca baha idi və bu faktor bizim maliyyə vəziyyətimizə neqativ təsirini göstərməkdə idi. METAK-ın kifayət qədər tanınması bizə alternativ variantdan istifadə etmək siqnallarını verirdi. Bunun üçün biz peşəkar komandamızla bütün hüquqi prosedurları keçdik və istiqrazı buraxdıq. İnvestorların gözləntilərini lazımi qədər doğruldaraq istiqrazlar üzrə müvafiq ödənişləri vaxtında etdik. Nəticədə qüsursuz kredit tarixçəmizi daha da yaxşılaşdırdıq, daha ucuz vəsait cəlb etdik və girovsuz olaraq sırf inam əsasında maliyyələşmənin mümkünlüyünü sübut etdik. Əslində, bizim strateji məqsədimiz ölkədə kapital bazarının inkişafına tövhə vermək idi. Belə ki, biz digər şirkətlərin də bu addımı atması üçün stimul verdik. Əgər müəssisələr analoji addımı atarsa, kapital bazarı inkişaf edəcək və ağır bank faizlərində yüngülləşmə olacaq. Təsəvvür edin ki, əhali öz vəsaitini müəyyən gəlirlilik müqabilində banka depozit kimi yatırır və bank da həmin vəsaiti şirkətlərə əlavə edilmiş yüksək marja ilə satır. İstiqraz buraxdıqda isə vətəndaş heç bir körpü olmadan birbaşa şirkətə investisiya edir. Amma əlavə edim ki, vətəndaş yalnız inamlı, bazarda mövqeyi olan və maliyyə hesabatları şəffaf olan müəssisələrə investisiya etməsi məsləhətdir, əks halda banka depozit qoyulması daha məqsədəuyğundur.
-İnvestorlar niyə məhz METAK şirkətinin istiqrazlarını almalıdır ?
-Şirkət artıq 22 illik uğur hekayəsi ilə bazarda özünü sübut etmişdir. “METAK” şirkəti beş sahə üzrə fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Müəssisə metal ticarəti, plastik boru və birləşdirici hissələr, qablaşlaşdırma məmulatları istehsalı, təkrar emal və kənd təsərrüfatı sahələri üzrə uğurla fəaliyyət göstərir. METAK böyük bir şirkətdir və müxtəlif şəhərlərdə fəaliyyət göstərən zavodlarda 800 nəfər işçi çalışır. Əlavə olaraq qeyd edək ki, METAK şirkəti ekoloji təmiz yaşam tərzini təbliğ edərək təkrar emalın stimullaşdırılmasına xüsusi önəm verir. Belə ki, müəssisə əlvan metalların, kağız və plastik tullantıların təkrar emalı ilə məşqul olmaqla ekoloji tarazlığın qorunmasında öz tövhəsini verməkdədir.
METAK şirkətinin istiqrazlarını almaqla siz:
-həm qazanc əldə edirsiniz!
-Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişafına təkan verirsiniz!
-həm də doğma Azərbaycanın gələcəyinə investisiya etmiş olursunuz!
Birinin qiyməti 1000 AZN olan 3000 ədəd istiqraz emmisiyasına start verilib (3000,000 AZN). Bu istiqrazlara yatırım etməklə illik 10% gəlir əldə edə biləcəksiniz. Faiz ödənişləri aylıq olaraq həyata keçirilir. Keçən il ümumilikdə 5 milyonluq emissiya zamanı heç bir gecikmə halı qeydə alınmamışdır və investor məmnuniyyəti tam təmin olunmuşdur. Xatırladaq ki, METAK şirkətinin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 gün sonra
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald's Azərbaycan” və DSMF şəhid övladlarının iştirakı ilə teatr tamaşası təşki edib - FOTO
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zəfərimizin 5 illiyinə özəl istehlak kreditlərində endirim kampaniyası!
-
2 saat əvvəl
‘’Trendyol’’un ‘’Super alış-veriş günləri’’ni pop ulduz Edis tanıdır
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Naxçıvanda yeni konsepsiya ilə filial açıb
MÜSİAD strateji sahələrdə mövcud güzəştlərin tədricən dayandırılmasının, istehsal üçün ƏDV və enerji tariflərində davam etdirilməsinin tərəfdarıdır
Hərbçilərə özəl Zəfər kampaniyası!
Ən çox oxunanlar
‘’Trendyol’’un ‘’Super alış-veriş günləri’’ni pop ulduz Edis tanıdır
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu!
Çin korporasiyaları Bakıda həyata keçirilməsi nəzərdə tutulan infrastruktur layihələrində iştirak etməkdə maraqlıdırlar
Ağ Şəhərdə premium yaşam standartları — Raffle Edition satışdadır
VTB (Azərbaycan) kredit kampaniyasına start verib!
12 noyabr üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub
Bank “YAŞAT” Fonduna 100 000 manat ianə edib
Dövlət 4 bankda 1 milyard 90 milyon manat depozit yerləşdirdi












.jpg)





