Mənfəəti 32 dəfə artıb - DAHA BİR BANK VƏZİYYƏTİNİ AÇIQLADI
“RabitəBank” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 258 min manat mənfəətlə (vergidən əvvəl) başa vurb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 32 dəfə çoxdur. Bank 2018-ci ilin 1-ci rübünü 102 min manat mənfəətlə bağlamışdı.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “RabitəBank”ın cəmi gəlirləri 11 milyon 761 min manat, cəmi xərcləri isə 8 milyon 885 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən 2 milyon 876 min manat əməliyyat mənfəəti yaranıb. Həmçinin ehtiyatın 383 min manatı azad olduğundan “RabitəBank”ın mənfəəti 3 milyon 258 min manata yüksəlib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Mənfəətin kəskin artması bu il Bankın ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyata vəsait ayırmaması ilə bağlıdır.
2018-ci ilin yanvar-mart dövründə “RabitəBank”ın cəmi gəlirləri 11 milyon 120 min manat, cəmi xərcləri 8 milyon 884 min manat, əməliyyat mənfəəti 2 milyon 236 min manat təşkil etmişdi. Əməliyyat mənfəətinin 2 milyon 132 min manatı ehtiyata arıldığından Bank həmin dövrdə 102 min manat mənfəət əldə etmişdi.
FAİZ GƏLİRLƏRİ ARTIB
2018-ci ilin ilk rübündə “RabitəBank”ın faiz gəlirləri 8 milyon 910 min manat ikən, 2019-cu ilin ilk rübündə 9 milyon 679 min manat təşkil edib (8,6% artıb). Faiz xərclərinin azalması ilə əlaqədar olaraq Bankın xalis faiz gəlirləri isə 5 milyon 200 min manatdan 7 milyon 85 min manata qalxıb (36,2% artım)
"RabitəBank"ın qeyri - faiz gəlirləri isə cüzi azalaraq 2 milyon 210 min manatdan 2 milyon 82 min manata düşüb. Qeyri-faiz xərclərinin azalması hesabına xalis qeyri - faiz gəlirləri isə 377 min manatdan 876 min manata yüksəlib.
İNZİBATİ XƏRCLƏRİ ARTIB
Faiz gəlirlərinin artması, faiz və qeyri- faiz xərclərinin azalması hesabına yaranmış 2 milyon 384 min manat əlavə xalis gəlirin bir hissəsini inzibati xərclərin artması "yeyib". 2018-ci ilin ilk rübündə 3 milyon 342 min manat təşkil etmiş inzibati xərclər 2019-cu ilin 1-ci rübündə 5 milyon 86 min manata yüksəlib (1 milyon 774 min manat və ya 52% artıb).
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Mart 2019-cu il tarixində "RabitəBank" 717 milyon 955 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 334 milyon 34 min manatını kredit portfeli (müştərilərə verilən kreditlər) təşkil edib.
31 Dekabr 2018-ci il tarixində "RabitəBank"ın aktivləri 772 milyon 113 min manat, o cümlədən kredit portfeli 317 milyon 765 min manat təşkil etmişdi.
31 Mart 2018-ci il tarixində isə "RabitəBank"ın cəmi aktivləri 664 milyon 978 min manat, o cümlədən kredit portfeli 246 milyon 123 min manat təşkil etmişdi.
Son 12 ay ərzində Bankın aktivləri 8%, kredit portfeli isə 35,7% artıb. Ötən ilin sonu ilə müqayisədə isə (ilin əvvəlindən ötən 3 ay ərzində) "RabitəBank"ın cəmi aktivləri 7% azalıb, kredit portfeli isə 5,1% artıb.
31 Mart 2019-cu il tarixində "RabitəBank"ın məcmu kapitalı 106 milyon 973 min manat təşkil edib.
Müştərilərin xəbərləri
"PASHA Real Estate" “The Residences at The St. Regis, Baku” layihəsinin satışlarının başladığını elan edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 4 gün sonra
-
-
6 d. əvvəl
“Azərlotereya” növbəti dəfə üç beynəlxalq standart üzrə sertifikat alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
3 və daha çox uşağı olan ailələrin 5 il tez pensiyaya çıxması təklif edildi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda 5 bankın 9 aylıq əməliyyat xərcləri 150 milyon manatdan çoxdur
-
4 saat əvvəl
Qazaxıstan şirkəti Bakı Ağ Şəhərdə premium yaşayış kompleksi tikəcək - QİYMƏTLƏR
- 4 saat əvvəl
-
4 saat əvvəl
Gələn il 15 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Ən çox oxunanlar
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 portfelinə daxil edilib
Meyvə bağları üzrə aqrar sığorta ödənişləri 1 milyon manata çatıb
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
2008-ci il böhranını əvvəlcədən proqnozlaşdıran “kahin”dən ehtiyatlı mövqe - BİRJALARDA ÇOKÜŞ GÖZLƏYİR
Bazar dəyəri təxminən 32 milyard dollar azaldı - Süni intellektlə (AI) əlaqəli şirkətlər dəyər itirir
Bitcoin-in qiyməti 100 min dollardan aşağı düşüb













.jpg)








.jpg)

