Sığorta sektorunda qısamüddətli öhdəliklərin xüsusi çəkisi azalıb
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu öhdəliklərinin 95%-i uzunmüddətli, 5%-i isə qısamüddətli olub.
Bu nisbət ötən il yanvarın 1-nə 93,7% - 6,3% təşkil edib. Başqa sözlə, 2018-ci ildə sığorta sektorunda uzunmüddətli öhdəliklərin xüsusi çəkisi artıb, qısamüddətli öhdəliklərin xüsusi çəkisi isə azalıb.
Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə nisbət fərqlidir. Uzunmüddətli öhdəliklərin payı 20 şirkətdən 14-də 90-100% arasında, 4 şirkətdə 80-90% arasında, 2 şirkətdə isə 70-80% arasındadır. Başqa sözlə, qısamüddətli öhdəliklərin payı 20 şirkətdən 14-də 0-10% arasında, 4 şirkətdə 10-20% arasında, 2 şirkətdə isə 20-30% arasındadır.
"Naxçıvan Sığorta" öhdəliklərinin tərkibini açıqlamayıb.
№ | Sığorta şirkətinin adı | Şirkətin öhdəliklərində | |
Uzunmüddətli öhdəliklərin payı | Qısamüddətli öhdəliklərin payı | ||
1 | Atasığorta | 99,9% | 0,1% |
2 | A-Qrup Sığorta | 99,8% | 0,2% |
3 | Amrah Sığorta | 99,5% | 0,5% |
4 | İpək Yolu Sığorta | 99,4% | 0,6% |
5 | Xalq Sığorta | 99,4% | 0,6% |
6 | Atəşgah Həyat Sığorta | 98,0% | 2,0% |
7 | Meqa Sığorta | 97,7% | 2,3% |
8 | Azsığorta | 97,6% | 2,4% |
9 | AXA Mbask | 97,5% | 2,5% |
10 | PAŞA Həyat Sığorta | 97,4% | 2,6% |
11 | Azərsığorta | 95,9% | 4,1% |
12 | Rəvan Sığorta | 94,3% | 5,7% |
13 | Günay Sığorta | 91,3% | 8,7% |
14 | PAŞA Sığorta | 90,4% | 9,6% |
15 | Standard Insurance | 89,8% | 10,2% |
16 | Atəşgah Sığorta | 88,9% | 11,1% |
17 | Azərbaycan Sənaye Sığorta | 84,9% | 15,1% |
18 | Qala Sığorta | 82,7% | 17,3% |
19 | Bakı Sığorta | 78,1% | 21,9% |
20 | Qala Həyat Sığorta | 76,2% | 23,8% |
21 | Naxçıvan Sığorta | Açıqlamayıb | Açıqlamayıb |
| Orta hesabla | 95,0% | 5,0% |
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 14 saat sonra
-
- 10 saat sonra
-
6 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
7 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
7 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb











.jpg)








.jpg)




