İrandan ABŞ-ın "yeni möhlət olmayacaq" qərarına dair açıqlama
İran Xarici İşlər Nazirliyinin spikeri Abbas Musevi, ABŞ-ın azadolmaları (möhlət) uzatmamaq qərarı ilə əlaqədar olaraq ölkə daxilində və xaricdəki əlaqədar qurumlarla danışıqlar apardıqlarını və İranın mövqeyinin qısa müddətdə açıqlanacağını qeyd edib.
"Marja" xəbər verir ki, Musevi, ABŞ-ın İrandan neft idxalına görə 8 ölkəyə verdiyi möhləti uzatmayacağını bildirməsinin ardından Xarici İşlər Nazirliyinin rəsmi saytından etdiyi açıqlamada Vaşinqton rəhbərliyini tənqid edib.
ABŞ-ın İrana yönəlmiş sanksiyalarının "qanunlara zidd olduğunu" qeyd edən Musevi, "İran, öncədən sanksiyalar çərçivəsindəki azadolmalara önəm verməməkdədir" ifadəsini istifadə edib.
Musevi, İran Xarici İşlər Nazirliyinin, sanksiyaların mənfi təsirləri və azadolmaların yenilənməməsi səbəbilə bu mənfi vəziyyətin artması ehtimalına qarşı əlaqədar bütün yerli təşkilatlarla davamlı ünsiyyətdə olduqlarını qeyd edib.
Avropa Birliyi, qonşu ölkələr və beynəlxalq şirkətlərin nümayəndələrilə danışıqlar apardıqlarını vurğulayan Musevi, "Çox qısa bir müddət ərzində bu mövzu ilə əlaqədar lazımi qərarlar veriləcək və elan ediləcək."
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Ağ Evdən verilən yazılı açıqlamada, Prezident Donald Trampın, mayın əvvəlində müddəti bitəcək azadolmaları uzatmamaq qərarı verdiyi bildirilmişdi. Bu qərarla, İranın neft ixracını sıfıra endirmək və rejimin əsas gəlir mənbəyini məhdudlaşdırmağın hədəfləndiyi qeyd edilmişdi.
Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan ABŞ-ın İrandan neft alışına tətbiq etdiyi sanksiya qərarından 2 Maya qədər 180 günlüyünə azad olunmuşdular. ABŞ-ın yeni qərarı ilə bu ölkələrə verilən möhlət sona çatacaq.
İranla nüvə razılaşmasından tək tərəfli çıxan ABŞ-ın İrana qarşı ilk sanksiya paketi 7 Avqust 2018-də, ikinci mərhələ sanksiya paketi isə 5 Noyabr 2018-də qüvvəyə minmişdir. ABŞ, bu tarixdən 8 ölkəyə İrandan neft idxal etməyə 180 gün icazə vermişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















