Səudiyyə ABŞ-a "İran planında" kömək edəcək
Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, ölkəsinin bazara neft təmin etmək üçün digər ölkələrlə birlikdə çalışacağını deyib.
"Marja" xəbər verir ki, Əl-Falih etdiyi açıqlamada, Səudiyyə Ərəbistanının istehlakçıları (alıcıları) kifayət qədər neft ilə təmin etmək üçün digər istehsalçılarla əməkdaşlıq edəcəyini, ancaq bunu edərkən qlobal neft bazarının tarazlığının pozulmasına icazə verilməyəcəyini qeyd edib.
Səudiyyənin energetika naziri, ABŞ-ın İranın neft ixracına sanksiyalara dair son açıqlamasının adından, Krallığın neft bazarındakı prosesləri yaxından izlədiyini bildirib.
Əl-Falih, ölkəsinin qarşıdakı bir neçə həftə ərzində, yaxşı balanslaşdırılmış və sabit bazar təmin etmək üçün digər istehsalçılar və istehlakçılar ilə görüşlər keçiriləcəyini sözlərinə əlavə edib.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İrandan neft idxalı üçün 8 ölkəyə verilən möhləti uzatmamaq qərarı verib. Möhlət 2 Mayda bitəcək. İranın neft ixracının daha da azalması ilə bazarda neft kəsiri yarana bilər. ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və müttəfiqləri qlobal neft bazarında yarana biləcək kəsirin bağlanması üçün qərarlı olduqlarını qeyd ediblər.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
ABŞ-ın Noyabr ayında yenidən başladığı İran sanksiyalarından altı ay müddətində səkkiz ölkəyə (Çin, Cənubi Koreya, Hindistan, İtaliya, Yaponiya, Tayvan, Yunanıstan və Türkiyə) möhlət vermişdi.
Neft qiymətləri bu xəbərlə bu gün təxminən 3% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























