“Bank Avrasiya”nın xalis mənfəəti 231 dəfə azalıb
“Bank Avrasiya” ASC 2019-cu ilin 1-ci rübünü 14,1 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, bank 2018-ci ilin 1-ci rübünü 3 milyon 234 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Bank Avrasiya”nın xalis mənfəəti 231 dəfə azalıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə “Bank Avrasiya”nın cəmi gəlirləri 3 milyon 299 min manat, cəmi xərcləri isə 1 milyon 665 min manat təşkil edib. Nəticədə gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 634 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 1 milyon 628 min manatını ehtimal olunan depozit və kredit itkiləri üzrə yaradılan ehtiyyata ayırdığından mənfəəti 5.9 min manata düşüb. 8.2 min manat gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət daxil Bankın yekun mənfəəti 14,1 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə "Bank Avrasiya"nın cəmi gəlirləri 3 milyon 326 min manat, cəmi xərcləri 1 milyon 711 min manat təşkil etmiş və 1 milyon 615 min manat əməliyyat mənfəəti formalaşmışdı. Eyni zamanda, ehtiyatlardan (kredit və depozit itkiləri üzrə yaradılmış ehtiyat) 1 milyon 617 min manat gəlirə çevrilmiş və nəticədə bankın mənfəəti 3 milyon 233.7 min manata yüksəlmişdi.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Ötən ilin ilk rübü ilə müqayisədə cari ilin ilk rübündə "Bank Avrasiya" ASC-nin gəlirləri, xərcləri və əməliyyat mənfəəti kəskin dəyişməyib. Bankın xalis mənfəətinin kəskin azalması ehtiyata ayırma ilə bağlıdır.
BANK KİÇİLİB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR AZALIB
31 Mart 2019-cu il tarixində "Bank Avrasiya" ASC 155 milyon 347 min manat cəmi aktivlərə, o cümlədən, 91 milyon 802 min manat kredit portfelinə malik olub.
Bank 31 Dekabr 2018-ci il tarixində 167 milyon 637 min manat cəmi aktivlərə və 99 milyon 5 min manat cəmi kredit portfelinə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək





















