"Rabitəbank"dan yüksək mənfəət!
"Rabitəbank" ASC 2019-cu ilin ilk rübünü, 3.2 mln. manat mənfəətlə başa vurub. Bu barədə “Marja”ya “Rabitəbank”dan bildirilib.
Qeyd edilib ki, bankın cəmi gəlirləri 12 mln. manatadək yüksəlmişdir.
Aktivlərin həcmi isə 717 mln. manat təşkil etmişdir. Bankın kredit portfeli, 2018-ci ilin birinci rübü ilə müqayisədə, 37% artaraq, 345 mln. manata çatmışdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Həmçinin, 2018-ci ilin birinci rübü ilə, cari ilin birinci rübünün müqayisəsində insan resurslarında da ciddi artım hiss olunmuşdur. Bu gün, “Rabitəbank” əməkdaşlarının sayı 766-ya çatmışdır.
“Göstəricilərin yüksək olması, Rabitəbankın yenilikləri və tətbiqləri ilə əhali arasında geniş inam və rəğbət qazanmasının bariz nümunəsidir. Ümumən isə, bank unikal xidmətlərinin təqdim etməyə və yeni xidmət nöqtələrinin fəaliyyətinə hazırlaşır”,- Bankın məlumatında bildirilir.
Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
36 d. əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 43 d. əvvəl
-
2 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
20 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 20 saat əvvəl
-
20 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 20 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























