Naxçıvanda qızıl axtarışı başladı
Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti Naxçıvan Muxtar Respublikasında 1,84 milyon dollar dəyərində geoloji kəşfiyyat işləri proqramının reallaşdırılmasına başlayıb.
Bu barədə şirkətdən məlumat verilib.
“NMR-da Ordubad müqavilə zonasının mineral potensialını nəzərə alaraq, 1,84 milyon dollar dəyərində geoloji kəşfiyyat proqramı tərtib etdik. Proqram çərçivəısində tədqiqatlara artıq başlanılıb”, - məlumatda qeyd olunur.
Şirkətin məlumatına görə, proqrama geoloji kəşfiyyat və texnolohji hesabatların əldə olunması, həmçinin gələcək istehsal potensiallarının qiymətləndirilməsi məqsədilə digər məşhur metalların axtarışına yönələn geoloji səhra işləri və digər tədqiqatlar daxildir.
15 DƏQİQƏYƏ TƏCİLİ PUL KREDİTİ
Həmçinin məlumatda qeyd olunur ki, 2018-ci ildə Ordubad müqavilə zonasından tədqiqat üçün torpaq nümunələri götürülüb. Nəticələr 2019-cu ilin ikinci rübündə əldə olunacaq.
“Ordubadda geoloji kəşfiyyat işlərinin reallaşdırılması qızıl, bürünc və gümüş hasilatı üzrə layihələr portfelimizin bir hissəsidir və bizə ümumi ehtiyatlarımızın artırılması üçün mühüm potensial verir”, - məlumatda şirkətin baş direktoru Reza Vəzirinin sözlərindən sitat gətirilir.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




