Bakıda “novostroyka”da yaşayanlar üçün - YENİ XİDMƏT BAŞLAYIR
Bakıda çoxmənzilli binalarda (“novostroyka”lardakı) mənzil sahiblərini, ümumiyyətlə paytaxtın yaşayış binalarının sakinlərini maraqlı yenilik gözləyir.
Söhbət binaların öz sakinləri və ya idarəedici təşkilat tərəfindən idarə olunmasından gedir.
Xəbər verildiyi kimi, Azərbaycanda, o cümlədən Bakıda tiknitisi başa çatmış və sakinləri məskunlaşmış bütün yeni tikililərin istismara qəbul edilərək MTK-lardan alınmasına başlanılır. Nəticədə həmin binalar artıq MTK-lar tərəfindən deyil, öz sakinləri və ya idarəedici təşkilat tərəfindən idarə olunmağa başlayacaq. Bu yenilik ilk növbədə yeni tikilmiş yaşayış binalarında – “novostroyka”larda tətbiq ediləcək. Artıq yaxın vaxtlardan həmin binalar yeni üsulla idarə olunacaq.
Binaları sakinlər və ya şirkətlər idarə etməlidir
Binaların sakinlər tərəfindən idarə olunması hələ 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsində nəzərdə tutulub. Məcəlləyə bir neçə gün əvvəl edilən dəyişikliyə görə, binanın tikintisini aparan MTK-lar, tikinti başa çatdıqdan sonra bir ay müddətində ləğv edilməli, bina sakinləri öz birliklərini - Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaratmalıdırlar.
Bundan sonra bina ya sahə mülkiyyətçilərinin özləri (MMMC) tərəfindən, ya da bu sahədə ixtisaslaşmış peşəkar idarəedici təşkilat tərəfindən idarə edilməlidir.
Bu prosesə nəzarət həmin ərazinin bələdiyəsinə tapşırılıb. Belə ki, bina 6 ay müddətində sakinlər tərəfindən idarə etməyə götürülməsə, yerli bələdiyyə binanın idarə olunmasını bu sahədə fəaliyyət göstərən təşkilata həvalə edəcək.
JEK-lər və MTK-lar “oyundan çıxır”
Qeyd edək ki, indiyədək yaşayış binaları iki üsulla idarə olunur – köhnə binaları "JEK"lər, yeni tikilən binaları isə MTK-lar idarə edir. Amma tezliklə buna son qoyulacaq. Bir neçə gün əvvəl Mənzil Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində binaların idarə edilməsi ilə bağlı ciddi dəyişikliklər edilib və qanunlar sakinlərin xeyrinə daha da sərtləşdirilib. Prezident İlham Əliyevin təsdiqlədiyi dəyişikliklərə əsasən, binanı tikib təhvil verməyən MTK sahibləri və prosesə mane olan icra orqanlarının səlahiyyətli nümayəndələri sərt şəkildə cəzalandırılacaq.
Belə olduğu halda vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 5000 manat məbləğində cərimə ediləcək. Bu maddə xüsusilə binanı tikib başa çatdıran, amma təhvil verməyə tələsməyən MTK-lara aiddir. Bunun üçün kooperativ binanın tikintisi tam başa çatmalı və həmin binada yaşayan sakinlərin 50%-dən çoxunun mülkiyyət hüququ olmalıdır.
Prosesə mane olanlar cəzalandırılacaq
Bu prosesə mane olmaq istəyənlər üçün də cərimə tətbiq edilib. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinə binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədən vəzifəli şəxslər 300-800 manat, hüquqi şəxslər 1000-2000 manat cərimə edilir.
Şirkətlər binaları necə idarə edirlər?
Binanın şirkət tərəfindən idarə olunması o deməkdir ki, idarəçi şirkət binanın bütün problemlərini – Hüquqi işlərini, vergi məsələlərini, işçilərin qanuni qeydiyyatını, dövlət qurumları ilə əməkdaşlığı, təmizlik, təhlükəsizlik, yaşıllaşdırma, binanın özünün və buradakı qurğuların (məsələn su nasosları, generatorlar, liftlər, qazanxanalar və sair) təmirli və işlək vəziyyətdə saxlanması, işıqlandırılması işlərini öz üzərinə götürür. Başqa sözlə, sakinlər bu məsələlərlə məşğul olmur, sadəcə kommunal haqlarını və müəyyən edilmiş aylıq ödənişi həyata keçirirlər. Əslində belə ödəniş indi də mövcuddur – MTK-lar binalarda yaşayanlardan müxtəlif məbləğər toplayırlar, amma bunun müqabilində göstərilən xidmətin səviyyəsi çox aşağıdır. İdarəçi şirkətlərdə isə bütün münasibətlər müqavilə ilə rəsmiləşdirilir və xidmətlər lazımi səviyyədə göstərilir.
Azərbaycanda belə şirkətlər varmı?
Yaşayış binalarının idarəçi şirkətlər tərəfindən idarə olunması Azərbaycanda geniş yayılmasa da, belə xidmət növü artıq dörd ilə yaxındır ki, mövcuddur və "RAHAT YAŞAM" ticarət markası altında “İPE GROUP” şirkəti çoxmərtəbəli binaların sakinlərinə xidmət göstərir.
2015-ci ildə yaranmış ”İPE GROUP” şirkəti Azərbaycanda son illər sürətlə böyüyən və inkişaf edən bina-kompleks və ticarət mərkəzlərinə peşəkar xidmət göstərir. Şirkət hazırda Bakı və Sumqayıtda çoxmənzilli binaların idarə edilməsi ilə məşğuldur. Həmin binalar qabaqcıl Avropa və Türkiyə təcrübəsindən istifadə etməklə xüsusi üsulla idarə olunur və binanın saxlanılması üçün sakinlərə bütün xidmətlər göstərilir.
İdarəedici təşkilat binada hansı xidmətləri göstərir?
Buraya təhlükəsizlik kameralarından və digər texniki vasitələrdən istifadə olunmaqla əmlakın mühafizəsi xidməti, binada bütün növ təmizlik xidmətləri, texniki və yaşıllaşdırma xidmətləri, eləcə də tələbə bağlı olaraq göstərilən digər peşəkar xidmətlər aiddir. Bu xidmətlərin müqabilində sakinlərdən toplanan ödənişin məbləği indiyədək MTK-lara ödənilən vəsaitdən o qədər də fərqlənmir, hətta bəzən ondan daha az olur. Üstəlik, bu vəsaitlər şəffaf şəkildə, onlayn qaydada mərkəzləşmiş şəkildə ödənilir və həmin məbləğlərin hansı istiqamətdə xərcləndiyi, ehtiyatda nə qədər vəsait qalması barədə məlumatlar tamamilə açıq şəkildə olur. Sakinlər məlumatlarla istənilən vaxt tanış ola bilərlər.
Binanı şirkətin idarə etməsi niyə faydalıdır?
Qeyd edək ki, binaların idarəedici təşkilat tərəfindən idarə olunması praktikası yeni deyil, bütün inkişaf etmiş ölkələrdə bu sahə idarəçilərə həvalə edilib.
Müasir şəhər həyatı, onun ənənəvi gərginliyi və xroniki vaxt qıtlığı nəticəsində sakinlər nəinki yaşadıqları binanın problemlərinin həllinə, hətta şəxsi işlərinə lazımınca vaxt ayıra bilmirlər.
Bundan başqa, binanın keyfiyyətli idarə olunması prosesi bir sıra sahələr üzrə xüsusi biliklər tələb edir. Sakinlər isə bu biliklərə və ya təsərrüfat imkanlarına malik olmadığına görə, həmin işi lazımi səviyyədə aparmaqda ciddi nöqsanlara yol verirlər.
Son zamanlarda binalarda baş verən yanğın hadisələrinin və liftlərin baxımsızlığı ucbatından qəza nəticəsində yaxınlarını itirən ailələrin əsas səbəbi kimi binalara vaxtında və düzgün qulluq edilməməsi faktı dayanır.
Beynəlxalq təcrübə, eləcə də “RAHAT YAŞAM” ticarət markası altında “İPE GROUP” şirkətinin idarə etdiyi binalar üzrə araşdırmalar göstərir ki, keyfiyyətli idarə olunan binalarda xidmətlər, təhlükəsizlik məsələləri və binanın texniki vəziyyəti lazımi səiyyədə olduğuna görə, vaxtında qulluq edildiyinə görə alıcı marağı da yüksəlir və müəyyən müddətdən sonra mənzillərin bazar qiymətində artım baş verir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 24 d. əvvəl
-
-
31 d. əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
39 d. əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
3 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
Ən çox oxunanlar
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb

















.jpg)



