STP Rusiyanın ən iri şirkətləri ilə əməkdaşlıq edəcək
4 aprel 2019-cu il tarixində Sumqayıt Texnologiyalar Parkı (STP) ilə Rusiyanın “Rostselmash” və "Transmashholding" şirkətləri arasında əməkdaşlığa dair saziş imzalanıb.
STP-dan "Marja"ya verilən məlumata görə, sənəd mürəkkəb mexanizm detallarının hazırlanması, istehsalı və təchizatı sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafını və müasir texnoloji həllərin tətbiqini nəzərdə tutur.
“Rostselmash” Rusiyanın 4 şəhərində yerləşən 13 ayrı müəssisədən ibarət şirkətlər qrupudur və kənd təsərrüfatı sahəsində traktor, kombayn, əkin, səpin kimi 24 növ avadanlıq və alətlərin istehsalı ilə məşğuldur. Nəqliyyat istehsalı sahəsində Rusiyanın ən böyük şirkəti olan “Transmashholding” isə eyni zamanda dəmiryolu nəqliyyat vasitələrinin istehsalı üzrə Dünya lideridir.
STP zavodlar kompleksinin imkanlarını nəzərə alsaq Rusiya şirkətləri ilə əməkdaşlığın artacağı gözləniləndir. Belə ki, hazırda müəssisə daha geniş çeşiddə və böyük həcmlərlə istehsalat həyata keçirməyi planlaşdırır.
Xatırladaq ki, Rusiya şirkətləri ilə əməkdaşlıq STP üçün yeni hadisə deyil. Hazırda STP Ulyanovsk Avtomobil Zavodu və Murom Maşınqayırma Zavodu kimi qabaqcıl Rusiya müəssisələri ilə əməkdaşlıq etməkdədir.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Sumqayıt Texnologiyalar Parkı regionda texnoparkların yaradılmasında öncül olmaqla yanaşı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 22 dekabr 2009-cu ildə dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Sənaye kompleksi olan STP neft-qaz, enerji və tikinti sənayesi ilə yanaşı kənd təsərrüfatı sahəsinə də müxtəlif məhsullar təqdim edir. Belə ki, yaxın keçmişdə Texnopark kənd təsərrüfatı sahəsində bir sıra pilot layihələri, xüsusilə də pivot suvarma sistemləri və istixana obyektlərinin istehsalını müvəffəqiyyətlə həyata keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























