“Qala Sığorta” zərərdən mənfəətə keçib
“Qala Sığorta” ASC 2018-ci ili 1 milyon 133 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, şirkət 2017-ci ili 618,9 min manat zərər ilə bağlamışdı.
GƏLİRLƏRİ İKİQAT ARTIB
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “Qala Sığorta”nın cəmi gəlirləri 21 milyon 265 min manat, cəmi xərcləri 19 milyon 945 min manat təşkil edib. Şirkət 1 milyon 320 min manatlıq maliyyə mənfəətindən 187 min manat mənfəət vergisi ödəyib.
2017-ci ildə “Qala Sığorta”nın cəmi gəlirləri 10 milyon 659 min manat, cəmi xərcləri isə 11 milyon 278 min manat təşkil etmişdi. Gəlirlərin artması xərclərin artmasını üstələdiyindən şirkətin mənfəəti yaranıb.
DAHA ÇOX HAQQ YIĞIB
2018-ci ildə “Qala Sığorta”nın topladığı sığorta haqları 16 milyon 557 min manat, sığorta ödənişləri 1 milyon 997 min manat təşkil edib.
2017-ci ildə şirkətin topladığı sığorta haqları 10 milyon 914 min manat, sığorta ödənişləri isə 431,8 min manat təşkil etmişdi.
“Qala SIğorta” riskləri təkrarsığortaya verib. Belə ki, ötən təkrarsığortaya verilmiş sığorta haqları 12 milyon 351 min manat təşkil edib (2017-də 7 milyon 188 min manat).
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən "Qala Sığorta"nin səhmləri 100% "AzReTəkrarsığorta" ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 91,11%-lik səhmdarı) məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




