“BakuBus” ehtiyat hissələrinin tədarükçüsünü seçir
"BakuBus" MMC “İveco” markalı avtobuslar üçün ehtiyat hissələrinin tədarükçüsünü seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 2 min manatdır.
Tenderdə iştirak etmək üçün şirkətlər lazımi maliyyə və texniki imkanlara malik olmalıdır.
Təkliflər 15 may saat 11:00-dək qəbul olunacaq. Tender proseduru mayın 16-sı saat 11:00-da baş tutacaq.
Telefon: (+99412) 404 11 10, əlaqələndirici şəxs – Ramiq Zeynalov.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 21 d. əvvəl
- 38 d. əvvəl
-
41 d. əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
-
42 d. əvvəl
Qeyri-neft ixracında lider dəyişib - İlk onluğun ümumi ixracı 2 dəfədən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Ən çox oxunanlar
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb
Volkswagen-in gəlirləri və mənfəəti azalıb
"Stellantis" şirkətinin səhmləri 1-ci rübün nəticələrdən sonra 7%-dən çox ucuzlaşıb
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"






.jpg)










.jpg)







