Yaşadığınız binada futbol oynayın!
(®) Gərgin iş rejimindən geriyə qalan asudə vaxtınızı yaşadığınız binada futbol və ya basketbol oynamağa ayırmaq istəyirsinizsə “Hünər Qüllələri”ndə istifadəyə veriləcək qapalı meydança tam sizin üçündür.
Belə ki, “Hünər Qüllələri” Azərbaycanda ilk dəfə yaşayış və sosial məkanları eyni binada birləşdirən “Flexhouse” sistemini təklif edir. Sadəcə binada yaşayan sakinlərin istifadəsi üçün nəzərdə tutulan bu sosial məkanlardan biri də binanın ikinci mərtəbəsində yerləşən qapalı mini meydançadır. İçərisində həm futbol, həm də basketbol sahəsi olan bu meydança sizi, əyləncənizi uzaqda axtarmaqdan xilas edəcək. Burada yaşadığınız binadan çıxmadan dostlarınızla, qonşularınızla müxtəlif oyunlar oynaya, yarışlar keçirə bilərsiniz. Bu həm də yavaş-yavaş silinib getməkdə olan köhnə məhəllə, qonşuluq adət-ənənələrinin bərpası deməkdir. Bu cür kollektiv oyunlar qonşularınızla sosiallaşıb, isti münasibətlər yaratmağınız üçün gözəl vasitə olacaq.
Qeyd edək ki, “Hünər Qüllələri”nin tikintisi, Bakının ən prestijli məkanında - Ağ Şəhər-də sürətlə davam edir.“1 mənzil sizdən, əlavə 14 otaq bizdən!” devizi ilə çıxış edən “Hünər Qüllələri”nin ən cəlbedici xüsusiyyəti Azərbaycanda ilk dəfə Flexhouse sistemini tətbiq etməkdir. Patenti yalnız Huner Group-a aid olan Flexhouse sisteminin məqsədi bir evə sığmayan bütün otaqları “qatlayaraq” mənzilinizə əlavə etməkdir. Belə ki, “Hünər Qüllələri”ndən mənzil alan hər bir kəs, əlavə olaraq müxtəlif məqsədli 14 növ xidmət otağından istifadə etmək şansı qazanacaq. Yalnız sakinlər üçün nəzərdə tutulmuş Flexhouse sisteminə uşaq oyun zalı, kinozal, karaoke otağı, musiqi otağı, parti otağı, playstation otağı, qonaq otağı, fitnes salonu, özəl mətbəx, qapalı mini futbol və basketbol meydançası, bilyard salonu, iş otağı, sürücü otağı və camaşırxana daxildir.
Siz də “Hünər Qüllələri”ndən mənzil almaq istəyirsinizsə ofisimizə yaxınlaşaraq həm alacağınız mənzillərlə, həm də Flex otaqlarla əyani şəkildə tanış ola bilərsiniz. Belə ki, satış ofisimizdə nümunə mənzillərlə Flex otaqlar yolunuzu gözləyir.
Ünvan: Bakı Ağ Şəhər, Park rayonu.
Telefon: (012) 409 00 44
(050) 409 00 44
Web: www.hunergroup.az
E-poçt: [email protected]
Facebook: https://www.facebook.com/hunergroup/
Instagram: https://www.instagram.com/hunergroup
Youtube: https://www.youtube.com/channel/UCzhwuH7cKBZPuZUfrKEkn1g
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 24 d. əvvəl
-
-
31 d. əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
39 d. əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
3 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
Ən çox oxunanlar
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb





















