“Bu il SOCAR Gürcüstanda bir neçə yanacaqdoldurma məntəqəsi açacaq”
"Bu il “SOCAR Georgia Petroleum” MMC Gürcüstanda 2-3 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır".
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.
Onun sözlərinə görə, bu gün “SOCAR Energy Georgia” şirkəti Gürcüstan ərazisinində yerləşən infrastrukturunu genişləndirir: “Bu gün Gürcüstanda yeni yollar, magistrallar inşa edilir. Bu magistralların, yolların inşa edilməsinə şirkət reaksiya verir. Dövlət tərəfindən inşa edilən yollar boyunca müəyyən yerlər ayrılır və hansı şirkətlərin yollar və ölkənin əsas magistral arteriaları ətrafında yanacaqdoldurma məntəqələri quracağı və onu idarə edəcəyi müəyyən edilir. Bu məntəqələrə də çox sərt tələblər var. Biz artıq 3 dəfə bu tenderləri qazanmışıq və hazırda yanacaqdoldurma məntəqələri tikirik”.
M.Məmmədov bildirib ki, “SOCAR Energy Georgia”nın bu il 2-3 yanacaqdoldurma məntəqəsini açmaqdan başqa ambisiyası və istəyi yoxdur: “Bu gün “SOCAR Energy Georgia” bütün yanacaq növlərinin satışında ideal infrastruktura malikdir. Dizel yanacağı, benzin, sıxılmış maye qaz (LPG), həm də sıxılmış təbii qaz (CNG) satışı üçün bizim infrastrukturumuz ən ideallardan biridir”.
Qeyd edək ki, SOCAR Gürcüstanda biznes fəaliyyətinə 2006-cı ildə başlayıb. Elə həmin ildə də neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə Kulevi Neft Terminalı satın alınıb. “SOCAR Georgia Petroleum” MMC 115 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalına malik olduğu Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir.“SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən artıq abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















