Azərbaycanın ən böyük sığorta şirkətinin xalis mənfəəti kəskin artıb
Topladığı sığorta haqlarına və sığorta ödənişlərinə görə Azərbaycanın ən böyük sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2018-ci ili 21 milyon 260 min manat xalis mənfəət ilə başa vurub. Bu məbləğ, Şirkətin 2017-ci ildəki xalis mənfəəti ilə müqayisədə 62,6% çoxdur. “PAŞA Həyat Sığorta” 2017-ci ili 13 milyon 71 min manat xalis mənfəətlə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə olan “PAŞA Həyat Sığorta”nın cəmi gəlirləri 151 milyon 89 min manat, cəmi xərcləri isə 124 milyon 321 min manat təşkil edib. Ötən il Şirkət 26 milyon 768 min manat maliyyə mənfəətindən 5 milyon 508 min manat mənfəət vergisi ödəyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
2017-ci ildə “PAŞA Həyat”ın cəmi gəlirləri 124 milyon 151 min manat, cəmi xərcləri isə 107 milyon 219 min manat təkil etmiş, 16 milyon 932 min manat maliyyə mənfəətindən 3 milyon 861 min manat mənfəət vergisi ödəmişdi.
DAHA ÇOX HAQQ YIĞIB
2018-ci ildə “PAŞA Həyat Sığorta”nın topladığı sığorta haqları 264 milyon 989 min manat, sığorta ödənişləri isə 71 milyon 45 min manat təşkil edib. 2017-ci ildə Şirkətin topladığı sığorta haqları 152 milyon 697 min manat, sığorta ödənişləri isə 58 milyon 5 min manat təşkil etmişdi.
Ötən il “PAŞA Həyat Sığorta” topladığı 264 milyon 989 min manat sığorta haqqının 133 milyon 632 min manatını ehtiyata yönəldib.
Ötən il “PAŞA Həyat sığorta” 19 milyon 258 min manat investisiya gəliri də əldə edib.
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2018-ci il tarixində “PAŞA Həyat Sığorta” ASC-nin cəmi aktivləri 346 milyon 807 min manat, cəmi öhdəlikləri 285 milyon 203 min manat, cəmi kapitalı isə 61 milyon 604 milyon manat təşkil edib. 31 Dekabr 2017-ci il tarixində “PAŞA Həyat Sığorta”nın cəmi aktivləri 207 milyon 887 min manat, cəmi öhdəlikləri 150 milyon 436 min manat, cəmi kapitalı isə 57 milyon 450 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





