İcra başçısı “Diqlas”lı sahibkarlarla görüşdü - "Hüquqlarınız dövlət səviyyəsində qorunacaq”
"Əgər biz nəsə etməsək, onda deyərsiniz ki, dövlət etmədi”
“Yanan “Diqlas” Ticarət Mərkəzi ilə bağlı araşdırma aparılır. Tam səmimiyyətimlə deyirəm ki, sizin hüquqlarınız dövlət səviyyəsində qorunacaq”.
Bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yanan “Diqlas” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlarla görüşündə deyib.
“Ortada ticarət mərkəzinin rəhbərliyi ilə müqavilələriniz olub, indi həmin şəxslərə deyə bilmərəm ki, bunlara filan qədər pul verin. Xahiş edirəm, gözləyin. Hər kəs nə qədər ziyana düşdüyünü yazsın. Əgər biz nəsə etməsək, onda deyərsiniz ki, dövlət etmədi” - icra başçısı qeyd edib.
Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
23 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
23 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















