Retro avtomobil istehsalçısı italyanlara satıldı
İstehsal etdiyi retro dizaynlı avtomobillər ilə avtomobil dünyasında fərqli bir yeri olan Böyük Britaniyanın "Morgan" şirkəti İtalyanın bir maliyyə şirkətinə satılıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Marja" xəbər verir ki, İtalyanın "Investindustrial" şirkəti Böyük Britaniya istehsalçısını markaya adını verən Morgan ailəsindən satın aldığını açıqlayıb.
Əldə edilən məlumata görə, yeni dövrdə "Morgan"ın İngiltərədəki zavodunun gücü artırılacaq və satışların da ada xaricində artırılmasına çalışılacaq.
Keçən il 700 avtomobil satışına imza atan "Morgan", 33.8 milyon funt-sterlinq satış gəliri əldə etmiş və xalis mənfəətini 3.2 milyon funt-sterlinq olaraq açıqlamışdı.
"Morgan"ın BMW ilə strateji əməkdaşlığı isə davam edir. Bu əhatədə bir müddətdir BMW-nin mühərrikləri "Morgan" modellərində istifadə edilir. Markanın satılmasının isə söz mövzusu əməkdaşlıga təsir etməyəcəyi bildirilir.
"Morgan"ın satılması ilə ingilislərin son milli avtomobil istehsalçısı da bir xaricinin əlinə keçmişdir. Belə ki, ölkənin digər istehsalçıları da keçmiş illərdə Almaniya, Fransa, Çin və Hindistan şirkətləri tətəfindən alınıb.
Retro avtomobil istehsalçısı "Morgan", sonuncu Cenevrə Avtomobil Sərgisində "Plus Six" modelini nümayiş etdirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 42 d. əvvəl
-
58 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























