"Azərbaycanda su ehtiyatları 10-15 faiz azalıb"
Bu ilin mart ayının 6-dan 18-dək ölkədə çayları qidalandıran qar ehtiyatlarını qiymətləndirmək üçün Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərinə ekspedisiyalar təşkil edilib.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bu tədqiqat işləri Daşkəsən-Gədəbəy, Quba-Qusar, Şəki-İsmayıllı, Şəki-Zaqatala istiqamətlərində 23 marşrut üzrə aparılır: "Qar ölçmə işlərini Milli Hidrometeorologiya Departamentinin 15 nəfər mütəxəssisindən ibarət olan 4 qrup həyata keçirir. Ümumi qar həcminin təyin ediməsi üçün tədqiqatlar zamanı dayanıqlı qar xəttinin yerləşmə hündürlüyü, qar layının sıxlığı və onun tutduğu sahə müəyyən edilir. Qar suları yaz-yay gursululuq dövründə respublikanın əksər çaylarının həm səth, həm də yeraltı qida mənbələrini formalaşdırır. Buna görə aprel-iyun ayları ərzində respublikanın Şəmkir, Mingəçevir, Araz və s. su anbarlarında gözlənilən sululuğa uyğun tənzimləmə işlərinin aparılması üçün gursululuq axımı proqnozu tərtib edilir. Bu növ proqnozlar müvafiq təşkilatlar tərəfindən sudan istifadənin düzgün planlaşdırılması məqsədi ilə digər çaylar üçün də tərtib edilir".
U.Tağıyeva vurğulayıb ki, respublikanın kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan torpaqlarda yetişdiyindən suvarmada istifadə olunacaq su mənbələrinin və onlarda gözlənilən su ehtiyatlarının əvvəlcədən müəyyən edilməsi vacibdir: "Son onilliklərdə baş verən iqlim dəyişmələri fonunda yağıntıların azalması və temperaturun artması nəticəsində ölkədə su ehtiyatları 10-15 faiz azalıb. Bu prosesin müxtəlif iqlim ssenarilərinə əsasən gələcəkdə də davam etməsini nəzərə alaraq, təbii sərvətimiz olan sudan səmərəli istifadə olmasına nail olmalıyıq. Bu yanaşma müxtəlif sektorlar, o cümlədən əhali tərəfindən sudan istifadə zamanı əsas tutulmalıdır".
Qeyd edək ki, 2016-cı ildə ölkə Prezident İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə istehsalçıların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məsələsi də daxil olduğundan çaylarda vegetasiya dövründə gözlənilən axımı daha da dəqiq proqnozlaşdırmaq üçün bu il qarölçmə işləri daha geniş formada aparılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
20 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 20 saat əvvəl
-
20 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















