“AXA Mbask”dan Palatanın məhdudiyyət qərarı barədə açıqlama
“AXA Mbask” Sığorta Şirkəti ASC-nin lisenziyası məhdudlaşdırılıb, ancaq qısa zamanda bərpa olunması nəzərdə tutulur.
Bunu açıqlamasında şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşid Rəsulov bildirib.
“Sığorta polisləri tərtib edərkən müəyyən texniki səhvlər olduğundan lisenziyamız məhdudlaşdırılıb. Şirkət hal-hazırda bu məsələ üzərində çalışır, qısa zamanda lisenziyamız bərpa olunacaq”, - deyə R.Rəsulov əlavə edib.
Qeyd edək ki, “AXA Mbask” Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və icbari sığorta qanunlarına uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətə verilmiş icrası məcburi göstəriş - Təqdimata vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 05 mart 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Xatırladaq ki, “AXA Mbask” Sığorta Şirkəti ASC 1992-ci ildən fəaliyyət göstərir. 2018-ci ilin fevral ayında AXA azərbaycanlı iş adamı Elxan Qəribli ilə Azərbaycandakı əməliyyatlarının satşıına dair müqavilə imzalayıb. Şərtlərə əsasən, Elxan Qəribli AXA-nın Azərbaycandakı törəməsi - "AXA MBASK"ın 100% səhmlərini alacaq. Sövdələşmənin bir neçə ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Şirkətin yeganə səhmdarı “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkətidir. Nizamnamə kapitalı 23 933,828 min manata bərabərdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



