Ən böyük marketlər şəbəkəsi yeni mağazasını açır - ÜNVAN
Ölkənin ən böyük marketlər şəbəkəsi olan “Araz” Sabunçu rayonu, Zabrat qəsəbəsində yeni mağazasını açaraq, şəbəkəsini bir qədər də genişləndirir.
"Araz Supermarket" MMC-dən "Marja"ya daxil olmuş məlumata görə, “Siz harada, Araz orada” sloqanına sadiq qalan “Araz” supermarketlər şəbəkəsi martın 12- dən etibarən Zabrat qəsəbəsində supermarket filialı ilə fəaliyyətə başlayır. Bu filial Zabart qəsəbəsində istifadəyə verilən ilk "Araz" supermarketidir.
"Mağazada meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları, gigiyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digər bölmələr müştərilərin xidmətinə veriləcək. Burada müştərilər həmçinin, “Xonça” un məmulatları bölməsində müxtəlif növ şirniyyatlar və tortlar, hazır yeməklər, isti təndir çörəyi əldə edə biləcəklər.
Marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və hədiyyə kampaniyaları nəzərdə tutulub. Kampaniya martın 12- dən 18 – dək davam edəcək.
“Araz” supermarketlər şəbəkəsi hər kəsi böyük məmnuniyyətlə, yeni filialının açılışına dəvət edir",- şirkətin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
6 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"


















