Bank BTB-dən İnternet Bankinq əməliyyatlarına 20% endirim
(®) Bank “BTB” ASC 4 mart-dan 1 maya-dək İnternet Bankinq xidmətinə qoşulacaq hüquqi şəxslər və fərdi sahibkarlar üçün endirim Kampaniyası elan edir.
Kampaniya İnternet Bankinq xidmətinin inkişafına və müştərilərin daha operativ, təhlükəsiz və sərfəli şərtlərlə əməliyyat aparmalarına ünvanlanıb.
Belə ki, Bank BTB İnternet Bankinq vasitəsilə edilən əməliyyat sifarişləri üzrə tariflərə 2019-cu ilin sonunadək 20% endirim təqdim edir.
Kampaniyanın şərtlərinə əsasən endirimli təriflər yalnız Bank “BTB” ASC ilə güzəştsiz standard tariflərlə müqavilə bağlamış və ya yeni müqavilə bağlayacaq hüquqi şəxs və ya fərdi sahibkar olan müştərilərə aid olunur.
Kampaniya çərçivəsində müştərilər banka gəlmədən İnternet Bankinq vasitəsilə edəcəkləri əmək haqqı köçürmələri, ölkədaxili AZN köçürmələri, bank xaricinə USD, EUR, GBP və RUB valyutasında olan köçürmələri, həmçinin nağdsız konvertasiya əməliyyatı sifarişlərini, banka gələrək edəcəkləri əməliyyat sifarişlərilə müqayisədə 20% endirimli tariflərlə icra edə biləcəklər.
Qeyd edək ki, Bank “BTB” ASC-nin İnternet Bankinq əməliyyatını aktivləşdirmək üçün müştərilər bankın istənilən xidmət nöqtəsinə müraciət edə bilərlər.
Bank BTB-nin İnternet Bankinq xidmətindən istifadəçilərin rahat istifadəsi üçün rəsmi saytında İnternet Bankinq bölməsində video təlimatlar yerləşdirilib. Video təlimatlar “İnternet Bankinq”da mövcüd olan bütün əməliyyatların həm vizual həm də audio formatında təsvirini əhatə edir.
Bank “BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri və ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə, www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























