WSJ: ABŞ və Çin tezliklə ticarət sazişi imzalayacaq
Pekin və Vaşinqton arasında ticarət sövdələşməsi üzrə danışıqlar yekun mərhələdədir, tərəflər artıq martın sonlarında saziş əldə olunduğunu elan edə bilərlər.
Bu barədə danışıqların gedişatı barədə məlumatlı mənbələrə istinadən "The Wall Street Journal" qəzeti yazıb.
Nəşrin məlumatına görə, Çin Birləşmiş Ştatlardan idxal olunan kimya, avtomobil, kənd təsərrüfatı və digər məhsullara qoyulan tarifləri azaltmağa və başqa məhdudiyyətləri aradan qaldırmağa razıdır. ABŞ isə öz növbəsində ötən il Çin mallarına qoyulan qadağaların əksəriyyətini və ya hətta hamısını ləğv etmək barədə düşünür.
Bununla belə mənbələr qeyd edirlər ki, tərəflər arasında bəzi ziddiyyətlər hələ də qalmaqdadır. Onlar həmçinin ABŞ və Çin nümayəndələrinin öz vətənlərində qarşı tərəfə "olduqca sərfəli" şərtlər irəli sürdüklərinə görə tənqidə məruz qala biləcəkləri barədə xəbərdarlıq ediblər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
6 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 8 saat əvvəl
-
9 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"























