Bankların faiz və qeyri-faiz gəlirləri artıb
2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında bankların faiz və qeyri-faiz gəlirləri artıb.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, banklar 2019-cu ilin Yanvar ayında 162 milyon manat faiz gəlirləri əldə ediblər. Bu, 2018-ci ilin Yanvar ayı ilə müqayisədə 10,2% çoxdur. Belə ki, ötən ilin Yanvar ayında bankların cəmi faiz gəlirləri 146,9 milyon manat təşkil etmişdi.
Bankların kreditlər üzrə faiz gəlirləri isə 24,3% artaraq 114.2 milyon manat təşkil edib.
Bankların faiz gəlirlərinin artması şəraitində faiz xərcləri azalıb. Ötən ilin Yanvar ayında 50,8 milyon manat olmuş faiz xərcləri, 2018-ci ilin Yanvar ayında 49,1 milyon manata düşüb.
2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında bankların qeyri-faiz gəlirləri 21,8 milyon manat çox olub. Qeyri-faiz gəlirləri ötən ilin Yanvarında 30,6 milyon manat ikən, cari ilin Yanvarında 52,4 milyon manat təşkil edib.
Bankların qeyri- faiz xərcləri 68,7 milyon manatdan 80,7 milyon manata qalxıb.
Bankların gəlirlərinin artması ilə əlaqədar olaraq əməliyyat mənfəəti də artıb. Ötən ilin Yanvarında 58 milyon manat təşkil etmiş əməliyyat mənfəəti 2019-ci ilin yanvarında 78,2 milyon manat olub.
2018-ci ilin Yanvarında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 28.8 milyon manatı azad olduğundan bankların xalis mənfəəti 86,7 milyon manat təşkil etmişdi.
2019-cu ilin Yanvarında əməliyyat mənfəətinin 32.9 milyon manatı ehtiyatlara ayrıldığından xalis mənfəət 42.6 milyon manat təşkil edib.
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə)
(mln. manatla)
Mənfəət və zərər maddələri | 31.01.2018 | 31.01.2019 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 146.9 | 162.0 |
1.1 Kreditlər üzrə faizlər | 91.9 | 114.2 |
- çıx hesablanmış faizlər üzrə yaradılmış məqsədli ehtiyatlar |
| 6.4 |
2. Faiz və onlara bağlı xərclər | 50.8 | 49.1 |
2.1 depozitlər üzrə faizlər | 31.8 | 31.5 |
3. Xalis faiz gəliri (zərəri) | 96.1 | 106.5 |
4. Qeyri-faiz gəlirləri | 30.6 | 52.4 |
5. Qeyri-faiz xərcləri | 68.7 | 80.7 |
6. Əməliyyat mənfəəti (zərəri) |
58.0 | 78.2 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) |
(28.8) | 32.9 |
8. Digər gəlirlər (xərclər) |
1.8 | 2.6 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) |
88.6 | 47.9 |
10. Mənfəətdən vergilər |
1.9 | 5.3 |
11. Xalis mənfəət (zərər) | 86.7 | 42.6 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 6 saat əvvəl
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















